Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayevin xatirəsi anılıb
30.08.2017 [10:15]
Müdafiə Nazirliyinin və Ağdam rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağdam rayonu ərazisindəki N saylı hərbi hissədə “Həyatda qəhrəmanlığa həmişə yer var” devizi altında Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayevin anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Ağdam rayon ictimaiyyətinin nümayəndələrinin, Qarabağ müharibəsi veteranlarının, əlillərin və şəhid ailələrinin, bölgədə xidmət edən hərbi qulluqçuların iştirak etdikləri vətənpərvərlik tədbirində çıxış edən Müdafiə Nazirliyinin zabiti Abdulla Qurbani gənclərin vətənpərvərlik ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsində qəhrəmanlıq ənənələrinin təbliğinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə Milli Qəhrəmanın mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan bəhs edilib. Bildirilib ki, Şövqiyar Abdullayev 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. 1986-cı ildə orta məktəbi əla qiymətlərlə bitirərək, Azərbaycan Politexnik İnstitutuna daxil olub. Birinci kursu bitirdikdən sonra ordu sıralarına çağrılıb. 1989-cu ildə Monqolustanda hərbi xidmətini başa vuraraq Bakıya qayıdıb. 1992-ci ildə cəbhəyə yollanan Ş.Abdullayev Vətənimizin müdafiəsində iştirak edib. O, Ağdamda təşkil edilmiş tank briqadasına komandir təyin edilib. Onun tank briqadası Abdal-Gülablı, Şelli, Papravənd, Pircamal, Aranzəmin və digər kəndlərin müdafiəsində iştirak edib. Döyüşlərdə iki dəfə yaralanmasına baxmayaraq, müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıdıb. 1992-ci ilin avqustunda Ş.Abdullayevin tank briqadası Gülablı kəndi ətrafından çıxarılaraq Ağdərəyə, Drambon kəndinin müdafiəsinə kömək üçün göndərilib. 1992-ci il avqustun 27-də döyüşdə öz yoldaşlarını əsir düşməkdən xilas edən Ş.Abdullayev qəhrəmancasına şəhid olub. Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 5 fevral tarixli Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bu gün Bakının küçələrindən biri Şövqiyar Abdullayevin adını daşıyır.
Tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Ağdam rayon şöbəsinin sədri Baxşeyiş Hətəmli və başqaları çıxış edərək, Azərbaycan əsgərlərinin döyüşlərdə göstərdikləri şücaətdən, müharibə veteranlarına və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsində belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayevin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda Milli Qəhrəman haqqında çəkilən film nümayiş etdirilib, hərbi-vətənpərvərlik mahnıları səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

