Qurban bayramı - Tövhidin qələbəsi
01.09.2017 [20:25]
Bu gün və sabah müsəlman dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramıdır
Sentyabrın 1-i və 2-si müsəlmanların müqəddəs bayramlarından biri -Qurban bayramı qeyd ediləcək. Qurban bayramı müsəlman dünyasında tövhidin qələbəsi kimi də dəyərləndirilir. Yəni bu bayram Allaha inamın böyüklüyünü, Onun qanunlarına itaəti, ən əsası, insanlar arasında paylaşmanı təlqin edir və “Eyd əl-Kəbir” adlandırılır. Hər il zilhiccə ayının 10-da qeyd olunan bayram İslam dininin 5 mühüm sütunlarından sayılan Həcc ziyarətinin mühüm hissəsidir. Belə ki, Məkkədə Həcc ziyarətində olan müsəlmanlar zilhiccə ayının 10-da Mina vadisinə çıxır və bu zaman ziyarətin əsas hissələrindən biri olan qurban mərasimi qeyd olunur.
Bayramın tarixi qaynağına gəldikdə isə, Qurani-Kərimin ayələrində qeyd olunur ki, İbrahim peyğəmbər Allahdan gələn hökmü icra etmək üçün oğlu İsmayılı Mina dağına qurban kəsmək niyyəti ilə aparır. Ancaq Allah İbrahimə oğlunu deyil, əvəzində bir qoç qurban kəsməyi əmr edir. Bu hadisə İslam dinində peyğəmbərin ən qiymətli varlığı, yəni oğlu ilə imtahan edilməsi hadisəsi kimi təqdim olunur.
Qurani-Kərimin Həcc surəsinin 37-ci ayəsində buyurulur: “Onların (yəni kəsilən heyvanların. K) nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Ehsan edənlərə (Cənnətlə) müjdə ver!”
Göründüyü kimi, Qurban bayramının əsas fəlsəfəsi paylaşma və yardımlaşmadır. Yəni bayram günü maddi imkanları yetərli olan müsəlmanlar şəriətin buyurduğu heyvanlardan birini qurban niyyəti ilə kəsərək ehtiyaclı insanlara bağışlaya bilər.
Qurban bayramında kəsilməsi buyurulan qurbanlıqlar da xüsusi məziyyətlərə malik olur. Belə ki, qurbanlıq qoyun və ya qoç altı aydan, keçi bir yaşdan böyük olmalıdır. İnək iki yaşını, dəvə isə dörd yaşını tamamlamalıdır. Bundan başqa, qurbanlıq heyvanda heç bir eyib olmamalıdır. Bir gözü kor, ayağı axsaq, arıq, halsız, xəstə, buynuzu dibindən sınmış və ya qulağı dibindən kəsilmiş heyvan qurban kəsilə bilməz.
“İsmayıl qurbanı” bayram namazından sonra bayramın dördüncü günü əsr namazına qədər kəsilə bilər. Kəsilmiş heyvanın bölünməsində də xüsusi qaydaya riayət olunmalıdır. Belə ki, yaxşı olar ki, qurbanlıq heyvan üç hissəyə bölünsün. Bir hissəsi kasıblara sədəqə olaraq paylanmalı, bir hissəsi kasıb yaxud varlı olmasından asılı olmayaraq yaxın qonşulara, dostlara və qohumlara verilməli, bir hissəsi isə qurban kəsən şəxsin özü və ailəsi üçün götürülməlidir.
Qurban kəsərkən qurbanın üzünü qibləyə tərəf yönəldib bu dua oxunmalıdır: “Bismilləh vallahu əkbər, Allahummə həzihi minkə və ləkə, Allahummə həzihi anni və an əhli” (dunın mənası: Allahın adı ilə. Allah hər şeydən ucadır. Allahım, bunu mənə Sən vermisən və mən də onu Sənin üçün kəsirəm. Allahım, bu mənim və ailəmin əvəzinədir (yaxud: Allahım, bu filankəs və onun ailəsinin əvəzinədir). Məhəmməd Peyğəmbərin (s.a.v) etdiyinə uyğun olaraq heyvanın qaraciyərindən yemək yaxşıdır.
Qurban kəsərkən bir məsələyə də xüsusi diqqət yetirmək lazımdır. Bir qoyun bir nəfər və onun ailəsinin əvəzinə kəsilə bilər. Qəssaba əməkhaqqı olaraq qurban əti vermək olmaz. Əməkhaqqı olaraq pul verdikdən sonra sədəqə kimi ət vermək olar. Qurban kəsdirməyi, yaşadığı yerdən asılı olmayaraq, başqasına tapşırmaq olar.
Allah bütün kəsilən qurbanları qəbul etsin, bayramınız mübarək!
PƏRVİZ
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

