Zobucuq qəsəbələrində məskunlaşan məcburi köçkünlərin müraciətləri dinlənilib
01.09.2017 [20:28]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, onların həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmini barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır. Rayonun yaşayış məntəqələrində mütəmadi olaraq vətəndaşlarla görüşlər keçirilir, onların təklif və qayğıları həll edilir.
AZƏRTAC xəbər verir ki, növbəti səyyar qəbul-görüş rayonun idarə, müəssisə və hüquq mühafizə orqanlarının rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə məcburi köçkünlərin məskunlaşdıqları Üçüncü Zobucuq qəsəbəsində keçirilib.
Zobucuq qəsəbələrinin sakinləri ilə görüş zamanı çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bu cür görüşlərin Prezident İlham Əliyevin tapşırığı ilə mütəmadi olaraq keçirildiyini, vətəndaşların müraciətlərinə həssas münasibət göstərildiyini bildirib. Qeyd edilib ki, Zobucuq qəsəbələrində yaşayan məcburi köçkünlərin elektrik, su, qaz və digər sosial qayğıları tam həll olunub. Əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün güzəşt və imtiyazlardan istifadə edir. Qəsəbələrdə məktəb, uşaq bağçası, tibb məntəqəsi, poçt, mədəniyyət evi fəaliyyət göstərir. Bu yaxınlarda əhalinin öz məhsullarını satmaları üçün kənd təsərrüfatı məhsullarının satış yarmarkası istifadəyə verilib. Qəsəbələrdə məskunlaşan məcburi köçkünlər həyətyanı və pay torpaqları, həmçinin örüş-otlaq sahələri ilə təmin olunub.
Səyyar qəbulda rayonun xidmət təşkilatları rəhbərlərinin gördükləri işlərə dair hesabatları dinlənilib. Ayrı-ayrı sahələrə dair qəsəbə sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.
Sakinlər məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

