/ / Neftçala sakini: Sənaye məhəlləsinin fəaliyyətə başlaması rayonun, eləcə də regionun iqtisadi imkanlarını artıracaq
Neftçala sakini: Sənaye məhəlləsinin fəaliyyətə başlaması rayonun, eləcə də regionun iqtisadi imkanlarını artıracaq
26.09.2017 [10:27]
Ölkəmizdə uğurla həyata keçirilən sənayeləşmə siyasəti çərçivəsində innovativ və müasir texnologiyalara əsaslanan yeni müəssisələr yaradılır, rəqabətqabiliyyətli və ixracyönümlü sənaye məhsullarının istehsalı artır. Qeyri-neft sənayesinin davamlı inkişafında, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, məşğulluğun təmin olunmasında sənaye zonalarının yaradılması və fəaliyyətinin təşkili xüsusilə önəmlidir.
Bunu AZƏRTAC-a müsahibəsində Neftçala rayon ağsaqqalı Zakir Sayılov deyib.
Ötən gün Prezident İlham Əliyevin iştirakı ilə Neftçala Sənaye Məhəlləsinin açılmasının rayonun həyatında böyük hadisə olduğunu bildirən Z.Sayılov qeyd edib ki, orada bir çox istehsal sahələri yaradılır. Onlardan biri də avtomobil zavodudur. İstehsal gücü ildə 10 min avtomobil olacaq zavodda 300 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Avtomobil istehsalı zavodunun qurulması köməkçi sənaye istehsalı və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradır.
Neftçala Sənaye Məhəlləsində Azərbaycanda ilk dəfə olaraq balıq yemi istehsalı zavodu da tikilib. Rayon ağsaqqalı layihənin reallaşmasının balıqçılığın sənaye üsulu ilə inkişafına təkan verəcəyini, geniş istehlak olunan balıq növlərinin istehsalının artmasına səbəb olacağını, daxili su hövzələrində balıqçılığın inkişafı üçün əlverişli şərait yaradacağını diqqətə çatdırıb.
Zakir Sayılov vurğulayıb ki, sənaye məhəlləsinin fəaliyyətə başlaması ilə yeni iş yerləri açılacaq, bunun sayəsində də rayonda əhalinin məşğulluq səviyyəsi yüksələcək. Həmçinin investisiyaların qoyulması və istehsalın artması nəticəsində rayonun, eləcə də regionun iqtisadi imkanları artacaq.
“Prezident İlham Əliyevin Neftçalaya növbəti səfəri çərçivəsində sənaye məhəlləsinin açılışında iştirak etməsi neftçalalılar tərəfindən böyük sevinclə qarşılandı. Dövlətimizin başçısı paytaxt Bakı ilə yanaşı, regionların da sosial-iqtisadi inkişafının qayğısına qalır, əhalinin məşğulluğunu təmin etmək üçün ardıcıl tədbirlər həyata keçirir. Bütün bunlar hamı kimi yaşlı nəslin nümayəndələrini də sevindirir. Biz doğma Azərbaycanımızı heç zaman bu qədər güclü və çiçəklənən görməmişdik. Bütün bu nailiyyətlərə görə Prezident İlham Əliyevə minnətdarıq.”
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24

