KİVDF-də Şimali Kiprin təhsil və mədəniyyət naziri ilə görüş keçirilib
28.09.2017 [10:17]
Özdemir Berova: Biz təhsil sahəsində Azərbaycanla əlaqələrin, əməkdaşlığın daha da gücləndirilməsinin tərəfdarıyıq
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) təhsil və mədəniyyət naziri Özdemir Berova ilə KİV rəhbərlərinin görüşü keçirilib.
Görüşdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli çıxış edərək, qonaqları salamlayıb, onları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib. Ardınca o, ŞKTC-nin təhsil və mədəniyyət naziri Ö.Berova, onun müavini Ziya Öztürkler, təhsil müşaviri Ahmet Simitçioğlu və ŞKTC-nin Bakı nümayəndəliyinin rəhbəri Ufuk Turganeri media mənsublarına təqdim edib. V.Səfərli bildirib ki, qonaqların Azərbaycana səfərinin, həmçinin bu görüşün məqsədi təhsil və turizm sahəsində qarşılıqlı əməkdaşlığı daha da inkişaf etdirməkdir.
Təhsil və mədəniyyət naziri Ö.Berova ŞKTC-nin son 15 ildə təhsil və turizm sahəsində böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb. Deyib ki, hazırda ŞKTC-dəki ali təhsil müəssisələrində 95 min tələbə təhsil alır ki, onlardan 500-ü Azərbaycandan olan gənclərdir. O, eyni zamanda, vurğulayıb ki, tələbələrin təhsil alması ilə yanaşı, 30 azərbaycanlı müəllim də ŞKTC-dəki ali təhsil ocaqlarında fəaliyyətini davam etdirməkdədir: “Şübhə etmirəm ki, qarşılıqlı əlaqələrimiz sayəsində Şimali Kiprdə təhsil alan tələbələrin, eyni zamanda, müəllim kimi fəaliyyət göstərən azərbaycanlıların sayı gələcək illərdə artacaq. Çünki biz təhsil sahəsində Azərbaycanla əlaqələrin, əməkdaşlığın daha da gücləndirilməsinin tərəfdarıyıq. Bir məlumatı da bildirmək istərdim ki, müxtəlif ölkələrdən gəlmiş ümumilikdə 120 tələbə Şimali Kipr universitetlərində pulsuz təhsil alır. Həmin tələbələrdən 30 nəfərini azərbaycanlılar təşkil edir. Sözügedən fakt Şimali Kiprdə azərbaycanlılara, azərbaycanlı tələbələrə göstərilən diqqəti özündə ifadə edən bir nümunədir. Bu, bizləri sevindirir. Eyni zamanda, Şimali Kiprdən olan 3 tələbənin Azərbaycandakı ali təhsil ocağında musiqi sahəsi üzrə təhsil alması, bir sıra uğurlara imza atması da bizlərdə sevinc və fərəh hissi yaradır”.
Millət vəkili, “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas Şimali Kiprdəki ali təhsil müəssisələrinin yüksək səviyyədə təhsil verməsini diqqətə çatdıraraq, azərbaycanlı tələbələrin bu ölkədə təhsil almağa böyük maraq göstərdiklərini vurğulayıb.
Millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov ŞKTC-nin sülh və təhsil adası olduğunu söyləyib. Qeyd edib ki, Şimali Kiprdə olduğu kimi, Azərbaycanda da insanlar təhsilə çox böyük diqqət yetirirlər. Ona görə də Şimali Kiprdə xarici tələbələrə yaradılan şəraitlə yaxından tanış olan azərbaycanlı valideynlər öz övladlarını tərəddüdsüz Şimali Kiprə təhsil almaq üçün göndərirlər.
Görüşdə “Səs”, “Şərq”, “Xalq cəbhəsi” qəzetlərinin baş redaktorları Bəhruz Quliyev, Akif Aşırlı, Elçin Mirzəbəyli, “Trend” İnformasiya Agentliyinin direktor müavini Arzu Nağıyev, KİVDF Müşahidə Şurasının sədri, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov da çıxış edərək öz fikirlərini bildiriblər.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47

