/ / Bakının mərkəzində bir qrup şəxsin polis orqanlarının əməkdaşları tərəfindən saxlanılması ictimai asayişin qorunmasına xidmət edir
Bakının mərkəzində bir qrup şəxsin polis orqanlarının əməkdaşları tərəfindən saxlanılması ictimai asayişin qorunmasına xidmət edir
04.10.2017 [09:50]
Belə tədbirlərin keçirilməsində məqsəd ictimai qaydanı pozmaqla vətəndaşların şikayətlərinə səbəb olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi və ağır nəticələrə səbəb olan yoluxucu zöhrəvi xəstəliklərin yayılmasının qarşısının alınmasıdır
Azərbaycanda insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması hüquqi dövlət quruculuğu prosesinin mühüm amili rolunda çıxış edib. Ölkəmizdə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında ümdə vəzifə kimi qoyulub. Ötən müddət ərzində Azərbaycan dövləti siyasi-hüquqi potensialından tam istifadə etməklə bu məqsədə nail olmaq və müvafiq hüquqi mexanizmlər yaratmaq üçün tədbirlər görüb. Bununla belə, təbii ki, ümumi ictimai qaydalara, qanunlara zidd hərəkətlər hüquqi məsuliyyət yaradır və birmənalı şəkildə ölkə qanunvericiliyini pozan şəxslər haqqında kimliyindən asılı olmayaraq müvafiq tədbirlər görülür. Yeri gəlmişkən, Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun yaydığı birgə məlumatda da bildirilir ki, Bakının mərkəzi hissəsində, xüsusən də Nəsimi, Nərimanov, Səbail və Yasamal rayonlarının ərazisində axşam saatlarında qrup şəklində yerli vətəndaşlara və əcnəbi turistlərə pul müqabilində intim xidmətlər təklif edən, hətta imtina edənləri təhqir edib münaqişəyə çəkməklə ictimai qaydanı pozan şəxslərin müəyyənləşdirilməsi, onların dəri-zöhrəvi xəstəliklərin daşıyıcısı olub-olmamasının yoxlanılması və digər profilaktiki tədbirlərin görülməsi məqsədilə vətəndaşların çoxsaylı müraciətləri əsasında şəhərin Baş Polis İdarəsinin və ərazi polis orqanlarının əməkdaşları tərəfindən sentyabrın 15-dən 30-dək həyata keçirilmiş tədbirlərlə 83 nəfər saxlanılıb. Yayılan məlumatda göstərilir ki, həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək məhkəmələrə göndərilib. Həmçinin 56 şəxs barəsində müxtəlif müddətlərə inzibati həbs tənbehi seçilib, 18 nəfərə inzibati qaydada cərimə, 9 nəfərə xəbərdarlıq edilib. Lakin saxlanılan şəxslərin hüquqlarını müdafiə edən vəkillərin müraciətləri nəzərə alınaraq, inzibati həbs olunanlardan 32 nəfəri müalicə üçün dəri-zöhrəvi dispanserlərə göndərilib. Zöhrəvi xəstəlik aşkar edilməmiş 24 nəfər inzibati həbsdən azad olunub. Hazırda tutulmuş şəxslərdən heç biri həbsdə deyil. Eləcə də, tibbi-laborator müayinələrin hazırkı nəticəsinə görə 32 nəfərdə müxtəlif zöhrəvi xəstəliklər, o cümlədən 6-da AIDS, 6-da HİV, 16-da sifilis, 2-də “kəskin uretrit, candida albikas və trixomonias”, 2 nəfərdə isə Hepatit HVC virusu aşkarlanıb. Digərlərində zöhrəvi xəstəliklərin olub-olmamasının müəyyənləşdirilməsi, eləcə də onlar tərəfindən bu xəstəliklərin məqsədli şəkildə yayılmasının qarşısının alınması istiqamətində səhiyyə orqanları ilə birgə təxirəsalınmaz tədbirlər davam etdirilir: “Ayrı-ayrı kütləvi informasiya vasitələrində cinsi azlıqlara qarşı guya təqiblərin olması və onların hüquqlarının pozulması barədə deyilənlər, belə iddialar tamamilə əsassızdır, reallığı əks etdirmir. Bir daha qeyd etməyi vacib hesab edirik ki, belə tədbirlərin keçirilməsində məqsəd yalnız ictimai qaydanı pozmaqla vətəndaşların şikayətlərinə səbəb olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi və ağır nəticələrə səbəb olan yoluxucu zöhrəvi xəstəliklərin yayılmasının qarşısının alınmasıdır”.
Qeyd edildiyi kimi, bu tədbirlər ümumi ictimai normalara riayət etməyən, insanlara qarşı aqressiv davranışlar sərgiləyən, o cümlədən ölkə qanunlarını pozan, digər vətəndaşların narahatlığına səbəb olan şəxslərə qarşı görülüb. Yayılan məlumatdan göründüyü kimi, bu, kimlərinsə “azadlıqlarının” əlindən alınması deyil, əksinə, həmin insanların hüquqa, qanuna hörmətlə yanaşmasının təmin olunmasına, digər vətəndaşların hüquqlarını pozmasının qarşısını almağa yönəlib. Bu və ya digər şəkildə qanunları pozan şəxslər isə dünyanın hər bir yerində qanun qarşısında məsuliyyət daşıyırlar. Eləcə də hüquq-mühafizə orqanlarının gördüyü tədbirlər yoluxucu, ağır xəstəliklərin yayılmasının qarşısının alınmasına xidmət göstərir ki, burada da qeyri-qanuni hal yoxdur.
Vurğulamaq yerinə duşər ki, ölkə Konstitusiyasının mühüm bir hissəsi insan hüquq və azadlıqlarının qorunmasına həsr olunub. Bununla belə, bu azadlıqlar kimlərəsə ölkə qanunvericiliyinin tələblərini pozmağa, ondan sui-istifadə etməyə, o cümlədən, ictimai qayda-qanuna riayət etməməyə, xəstəliklər yaymağa, qeyri-insani rəftar etməyə imkan vermir. Görülən tədbirlər birmənalı şəkildə ümumi asayişin qorunmasına xidmət göstərir.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 16:34
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56

