/ / QHT-KİV münasibətlərində meydana çıxan müasir tələblər yeni əməkdaşlıq modellərini formalaşdırır
QHT-KİV münasibətlərində meydana çıxan müasir tələblər yeni əməkdaşlıq modellərini formalaşdırır
07.10.2017 [09:59]
Qeyri-Hökumət Təşkilatlarının həyata keçirdiyi layihələr barədə ictimaiyyətin məlumatlı olması QHT-KİV münasibətlərindən birbaşa asılıdır. Bütün sahələrdə olduğu kimi, burada da müasir dövrün yeni tələbləri ilə ayaqlaşmaq lazımdır. Bunun üçün müxtəlif əməkdaşlıq modelləri haqqında düşünmək lazımdır.
AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən Qubada təşkil olunan konfransda ətraflı müzakirələr aparılıb.
“QHT-KİV münasibətləri: yeni tələblər və əməkdaşlıq modelləri” adlı konfransda ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin rəhbər şəxsləri iştirak ediblər.
Prezident Administrasiyasının məsul əməkdaşı, Şura sədrinin müavini Vüsal Quliyev Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra dövlətin QHT sektorunun formalaşma istiqamətində atdığı ardıcıl addımların əhəmiyyətindən danışıb. Bildirib ki, “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq olunması və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında mühüm mərhələnin əsasını qoyub.
Şura sədrinin müavini bildirib ki, vətəndaş cəmiyyətinin iki əsas institutunun nümayəndələrinin bir araya gəlməsi, qarşılıqlı müzakirələr aparması olduqca vacibdir. Azərbaycan dövləti hər iki sahənin inkişafına kifayət qədər dəstək olur. Amma bəzən QHT-lərin icra etdiyi layihələrin KİV-də işıqlandırılması məsələsi ilə bağlı qarşılıqlı narazılıqlar ortaya çıxır. Məhz buna görə də hər iki sahənin mütəxəssisləri fikir mübadiləsi aparmalı, yeni əməkdaşlıq modellərinin tətbiqi üçün birgə səy göstərməlidirlər.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, QHT-lər cəmiyyətin ən fəal təbəqəsi olaraq ictimai problemlərin həllində, vətəndaş təşəbbüskarlığının təşviqində önəmli rol oynayırlar. Buna görə də onların icra etdiyi layihələr barədə cəmiyyət geniş məlumatlandırılmalıdır. Konfransın mahiyyətini də məhz informasiya işinin effektiv təşkilini təmin etmək üçün qarşılıqlı əlaqələrin qurulması təşkil edir.
Şuranın mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud “QHT-KİV münasibətlərində inkişaf meyilləri və yeni tələblər” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə vurğulanıb ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hər il yüzlərlə layihə həyata keçirilir. Bu layihələr barədə 2008-ci ildən “Vətəndaş cəmiyyəti” jurnalında ətraflı məlumat verilir. 2009-cu ildən isə layihələrin icrası ilə bağlı informasiyalar həm də qhtxəbər.az saytında yerləşdirilir. Bu saytda hər gün 1200-dən çox, ay ərzində isə 32 min xəbər paylaşılır. Son dövrlər QHT xəbərlərinin populyar xəbər saytlarında işıqlandırılmasında irəliləyiş var. Amma bununla kifayətlənmək olmaz. Mövcud problemləri aradan qaldırmaq üçün birgə əməkdaşlıq edilməlidir. QHT-lər öz informasiyalarının daha çox yayılması üçün xüsusi strategiya hazırlamalıdırlar. İlk növbədə, işə PR menecerlər cəlb olunmalı və ictimaiyyətlə əlaqələr şöbələri yaradılmalıdır.
Konfransda “QHT-KİV münasibətlərində yeni mərhələ: sosial jurnalistika” mövzusunda məruzə ilə çıxış edən Lent.az saytının baş redaktoru Qabil Abbasoğlu bildirib ki, müasir jurnalistikanın əsas mexanizmlərindən biri sosial şəbəkələrdir. Müasir dövrdə sosial media QHT-lər üçün yeni fürsətdir. Onlar həyata keçirdiyi layihə barədə hansısa saytın məlumat verməsini gözləməməli və bundan inciməməlidirlər. Əgər layihə doğrudan da kreativdirsə, maraqlıdırsa, saytlarda bu barədə məlumatlara təmənnasız olaraq yer verilir. QHT-lər daha geniş auditoriyaya çıxış imkanı olan sosial şəbəkələrdən təyinatı üzrə yararlanmalıdırlar.
Konfransın gedişində “QHT və KİV üçün sosial şəbəkələrdə PR” mövzusunda təqdimat keçirilib.
Diskussiya şəraitində keçən konfransda həm QHT, həm də KİV nümayəndələri qarşıya çıxan problemlər barədə danışıb, fikirlərini bölüşüb, mövzu ilə bağlı təkliflərini səsləndiriblər.
Xəbər lenti
Hamısına baxSiyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37

