Əsl peşəkar jurnalist haqqında yeni kitab
24.10.2017 [10:03]
“Apastroff” mətbəəsində nəfis üslubda çap olunmuş yeni kitab “Elmira Əhmədova. Mən jurnalistəm...” adlanır.
AZƏRTAC xəbər verir ki, istedadlı jurnalıst, həyatdan vaxtsız getmiş Elmira Əmrahqızına həsr olunan kitabda onun haqqında doğmalarının, yaxınlarının, həmkarlarının xatirələri toplanıb.
Elmira Əmrahqızı jurnalistika fəaliyyətinə hələ keçən əsrin 70-ci illərində başlamışdı. Xalqımızın tarixinə qanlı hərflərlə yazılmış 1990-cı ilin faciəli 20 Yanvar günlərində onun Avropada yayımlanan “Azadlıq” radiosunda həyəcanla dediyi “Mən jurnalistəm! Bakıdan danışıram!” sözləri milyonlarla insana Azərbaycanda dayaq, xaricdəki soydaşlarımıza isə obyektiv məlumat idi.
Elmira Əmrahqızı Ümummilli lider Heydər Əliyevin xarici səfərlərini işıqlandıran mətbuat qrupunda həmin dövrün özünəməxsus çətin, gərgin anlarında bütün sınaqlardan mətanətlə çıxdı. Ulu öndərin hər bir görüşünü, apardığı danışıqları, siyasi publisistikanın nadir inciləri sırasına daxil olan parlaq nitqlərini anbaan izləyib nəinki Azərbaycan, dünya ictimaiyyətinə çatdıra bildi. Onun yazılarında mövzu əsasən Dağlıq Qarabağ problemi və Azərbaycanın müstəqilliyinə doğru gedən yol idi.
Kitabın ikinci və üçüncü hissələrində Elmira Əmrahqızının hazırladığı məqalələr və reportajlar verilir. Dördüncü hissədə Elmira xanımla müsahibələr və onun şəxsi arxivindən seçilmiş bəzi materiallar təqdim olunur. Nəşrdə yer alan fotoşəkillərin hər biri insanı heç də uzaq olmayan illərə aparır və Elmira xanımın hər zaman dövrünün peşəkar jurnalistləri ilə bir arada olduğunu göstərir.
AZƏRTAC-ın baş direktoru Aslan Aslanov kitaba yazdığı “Qələminə və əqidəsinə, millətinə və dövlətinə sadiq jurnalist” başlıqlı “Ön söz”də unudulmaz tələbə yoldaşı Elmira Əmrahqızı haqqında dəyərli fikirlərini bölüşüb: “Harada işləməsindən, hansı informasiya vasitəsini təmsil etməsindən asılı olmayaraq, Elmira Əmrahqızı bütün ömrü boyu qələminə və əqidəsinə sadiq qaldı. Çünki Vətəni və xalqı üçün döyünən böyük ürəyə sahib idi. Elmira Əmrahqızının qələmi o ürəyin diktə etdiklərini yazır, sözlər dilinə ö ürəkdən süzülüb gəlirdi”.
Kitabda bir-birindən kövrək xatirələrin sırasında Milli Məclisin deputatı Elmira Axundovanın öz həmkarı barədə dedikləri də olduqca təsirlidir. O yazır: “Mən bilmirəm nə qədər ömrüm var, amma onu bilirəm ki, nə qədər yaşayacağamsa, Elmira da mənimlə birgə yaşayacaq”.
Əsl peşəkar jurnalistin ömür yoluna işıq salan bu sanballı kitab həm də gənc jurnalistlər üçün bir həyat dərsidir, onlara Vətəni, torpağı, mənsub olduğun milləti necə sevməyi öyrədir. Onlara sınaqlardan üzüağ çıxmağı, çətinliklərə mərdliklə sinə gərməyi, hər zaman düzün, haqqın yanında olmağı öyrədir. Bütün bunlarla yanaşı, seçilən peşəni necə sevməyin əsl nümunəsini ortaya qoyur.
Kitabla yaxından tanış olduqca sonda bir daha “Ön söz” müəllifinin dediklərini təkrarlamaq istəyirsən: “Zaman keçəcək, nəsillər dəyişəcək, jurnalistikamıza bir-birindən istedadlı, bacarıqlı qələm adamları gələcək. Elmira Əmrahqızı kimi dəyərli jurnalistlərin yeri isə həmişə görünəcək, onların milli mətbuatımızın inkişafı naminə gördüyü işlər heç zaman unudulmayacaq”.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23

