Şimal rayonlarından olan 200-dən çox məktəbli maarifləndirici tur-aksiyaya qoşulub
17.11.2017 [10:00]
Noyabrın 16-da “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunan tur-aksiyanın şimal rayonlarından olan iştirakçıları Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə yola çıxıblar.
AZƏRTAC xəbər verir ki, şimal-qərb bölgəsinə ekskursiyada Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının 200-dən çox yuxarı sinif şagirdi, onları müşayiət edən müəllimlər iştirak edir.
Xaçmaz şəhərindən yola çıxan tur-aksiya iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Rayon İcra Hakimiyyəti başçısının müavini İlhamə Nəzərova məktəblilərə Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyanın əhəmiyyətindən danışıb. Bildirilib ki, ümumtəhsil məktəblərinin şagirdləri və onların müəllimləri noyabrın 16-dan 19-dək şimal-qərb bölgəsinə səyahət zamanı Qəbələ, Şəki və Zaqatalanın tarixini, mədəniyyətini, əhalinin həyat tərzini və məişətini əks etdirən abidələrlə, muzeylərlə, ərazinin turizm potensialı, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası istiqamətində görülən işlər və həyata keçirilən infrastruktur layihələri ilə yaxından tanış olmaq imkanı qazanacaqlar.
Tur-aksiyada iştirak edən məktəblilər Aydan Musayeva və Ceyhun Bəybalayev AZƏRTAC-a müsahibələrində Qəbələ, Şəki, Zaqatala haqqında çox eşitsələr də, bu bölgədə ilk dəfə olacaqlarını bildiriblər. Məktəblilər belə bir imkanı yaratdığı üçün dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Sonra məktəblilər xüsusi avtobusla ekskursiyaya yola salınıblar.
Xəbər lenti
Hamısına baxSosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32

