/ / Azərbaycan ümumbəşəri əhəmiyyət daşıyan ideyaların bütün dünyaya ünvanlandığı ənənəvi məkan statusunu qoruyur
Azərbaycan ümumbəşəri əhəmiyyət daşıyan ideyaların bütün dünyaya ünvanlandığı ənənəvi məkan statusunu qoruyur
29.11.2017 [10:28]
Noyabrın 28-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İsveçin Dini İcmalara Dəstək üzrə Dövlət Agentliyinin baş direktoru Oke Goranssonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Allahşükür Paşazadə görüşdə Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət-din münasibətlərinin sağlam prinsiplər üzərində qurulduğunu deyib. O bildirib ki, 2016-cı və 2017-ci illərin Prezident İlham Əliyev tərəfindən Azərbaycanda müvafiq olaraq “Multikulturalizm İli” və “İslam Həmrəyliyi İli” elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı bir mesajdır. “İslam Həmrəyliyi İli” ilə bağlı Azərbaycanda və xarici ölkələrdə bir çox konfransların keçirildiyini deyən şeyxülislam bu tədbirlərin nəinki həmin ölkələrin dindarları, həmçinin ictimai-siyasi dairələri tərəfindən də böyük maraqla qarşılandığını qeyd edib.
Azərbaycanda tolerantlığın dövlət siyasəti olduğunu deyən Allahşükür Paşazadə bildirib ki, ölkəmiz ümumbəşəri əhəmiyyət daşıyan ideyaların bütün dünya ictimaiyyətinə ünvanlandığı ənənəvi məkan statusunu qorumaqdadır.
QMİ sədri dünyada müxtəlif sahələrdə, o cümlədən mənəvi dəyərlər zəminində yaşanan böhranların fövqündə Azərbaycanda dinlərarası dostluq və qardaşlıq mühitinin mövcudluğunu olduqca böyük nailiyyət kimi dəyərləndirib. O vurğulayıb ki, bu, dövlətimizin siyasəti, Azərbaycan Prezidentinin mövqeyi ilə sıx bağlı olan bir məqamdır. Dünya üçün önəm kəsb edən, ümumbəşəri mənafelərə xidmət edən multikulturalizm və İslam həmrəyliyi kimi qlobal ideyalar irəli sürən Prezident İlham Əliyevin fəaliyyətinin bu mənada əhəmiyyətini xüsusi qeyd edən QMİ sədri belə bir siyasətin gözəl örnək olduğunu vurğulayıb.
Azərbaycana səfəri çərçivəsində ölkəmizlə yaxından tanış olmaq fürsəti əldə etdiklərini deyən İsveçin Dini İcmalara Dəstək üzrə Dövlət Agentliyinin baş direktoru Oke Goransson səfər zamanı bütün dünyanı narahat edən bir sıra məsələlərin də müzakirə olunacağını bildirib. O, 2016-cı və 2017-ci illərin Azərbaycanda “Multikulturalizm” və “İslam Həmrəyliyi” illəri elan olunmasını yüksək dəyərləndirdiyini qeyd edib.
Görüşdə iştirak edən İsveçin Azərbaycandakı səfiri İnqrid Tersman bildirib ki, Azərbaycan və İsveç xalqlarını bir çox ortaq dəyərlər birləşdirir. İsveçin Dini İcmalara Dəstək üzrə Dövlət Agentliyinin nümayəndə heyətinin ilk səfərini Azərbaycana etməsi münasibətlərə verilən dəyərin göstəricisidir.
Xəbər lenti
Hamısına baxGündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29

