Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Əli Kərimlinin psevdodemokratlığı və “facebook məhbusları”

Əli Kərimlinin psevdodemokratlığı və “facebook məhbusları”

07.12.2017 [09:51]

Yaxud azad sözə və açıq fikrə dözümsüz olan AXCP sədri bu günədək onun əməllərini ifşa edən on minlərlə sosial şəbəkə istifadəçisinin rəyini sildirib, profilini bloklatdırıb
Təxmini hesablamalara görə, bu gün dünya əhalisinin yarıdan çoxu sosial şəbəkələrdən istifadə edir. Azərbaycanda isə iki milyonadək insan aktiv sosial şəbəkə istifadəçisidir. Bütün bu göstəricilər onu isbatlayır ki, bu gün sosial şəbəkələr insan həyatının ayrılmaz hissəsinə çevrilib. İnsanlar arasında ünsiyyətdən tutmuş biznes əlaqələrinin qurulması və reklam fəaliyyətinə qədər bütün işləri sosial şəbəkələrin imkanlarından istifadə etməklə səmərəli şəkildə qurmaq olur. Hətta müasir şərtlər daxilində sosial şəbəkələr vasitəsilə ictimai-siyasi proseslərin gedişatına təsir etmək imkanları da formalaşır. Xüsusilə də, ictimai şüurun formalaşdırılması və idarə edilməsi, seçki kampaniyaları çərçivəsində təbliğat-təşviqat işlərinin qurulması və s. sosial şəbəkələrdən istifadənin daha da genişlənməsinə səbəb olur.
Əlbəttə ki, Azərbaycanda da sosial şəbəkələrin imkanlarından geniş şəkildə istifadə edilməkdədir. Lakin çox təəssüflər olsun ki, respublikamızın siyasi palitrasının autsayderinə çevrilmiş radikal müxalifətin, “beşinci kolon”un nümayəndələri sosial şəbəkələrdən anti-Azərbaycan qüvvələrinin təşkil etdiyi antimilli təbliğat prosesini dəstəkləmək məqsədilə istifadə edirlər. Sosial şəbəkələrdə işi əsas siyasi fəaliyyətləri hesab edən radikal müxalifət nümayəndələri xarici siyasi dairələrin tapşırıqlarını yerinə yetirərək Azərbaycanın milli maraqları əleyhinə təbliğat aparırlar. Bu mənada, 2005-ci ildən rəsmən işsiz olduğunu bildirən, amma xərclərinin miqdarı yüzminlərlə dollar olan AXCP sədri Əli Kərimli xüsusilə seçilir.
Müsəlman dünyasında baş verənlər Əli Kərimlini niyə sevindirir?
Bir müddətdir ki, AXCP sədri Əli Kərimlinin və “Azadlıq” qəzetinin rəsmi “facebook” səhifələrində İslam dünyasında baş verən müharibələrə, insan qətliamlarına, şəhərlərin viran qoyulmasına dəstək xarakterli “postlar” paylaşılır. Özünün və nəzarətində olan səhifələrdə gah video, gah da cızma-qara paylaşan Əli Kərimli Yaxın Şərq ölkələrində baş verən qanlı terror və dövlət çevrilişlərini “xoş xəbər” kimi təqdim etməyə cəhdlər göstərir. Və bu zaman sosial şəbəkə istifadəçilərinin haqlı narazılığı ilə qarşılaşır. AXCP sədrinin bu mövzuda “post” və şərhlərinə etiraz edən sosial şəbəkə istifadəçiləri ona məntiqli, arqumentlərə söykənən çoxsaylı şərhlər yazır, suallar ünvanlayırlar. Əlbəttə, bunlar barədə bir qədər sonra ətraflı danışacağıq. Lakin ümumi kontekstdə aparılan araşdırmalar onu göstərir ki, Əli Kərimli dünyanın xaos içərisində idarə edilməsinin tərəfdarı olan imperialistlərin “online maşalar”ından birinə çevrilib. Formalaşdırılmış “qlobal tor”da trolluq edən AXCP sədri adları keçən ölkələrdə baş verən hadisələri Azərbaycana interpretasiya etmək cəhdləri ilə öz aləmində müvafiq ictimai şüuru formalaşdırmağa çalışır. Məhz bu fəaliyyətinin qarşılığında külli miqdarda qrantlar alan Ə.Kərimlinin müsəlman dünyasında baş verənlərə sevinməsinin əsas səbəblərini də yuxarıda söylənilən məqamlarda axtarmaq lazımdır.
Sosial şəbəkə istifadəçiləri Əli Kərimlini ifşa etdilər
Qeyd etdiyimiz kimi, bu cür antimilli və islamofob mövqeyinə görə sosial şəbəkə istifadəçiləri Əli Kərimlini tənqid və ifşa etdilər. Məsələn, Azer Ekber adlı sosial şəbəkə istifadəçisi yazır ki, “bu gün özünü müxalifət adlandıran bir dəstə xarici qüvvələr tərəfindən idarə edilir. Xaricdən onlara komandalar verilir və onlar vaxtaşırı olaraq hərəkətə keçirlər”. Müzakirələr zamanı keçmiş “cəbhəçi” olduğunu bildirən Natiq Mirkazım adlı sosial şəbəkə istifadəçisi bildirib: “Mən şəxsən AXCP daxilində diktatura rejiminin şahidi olmuşam. Əli bəy öz gözündəki tiri görmür”.
Orxan adlı istifadəçi isə tarixi faktları əsas gətirməklə qeyd edib ki, Əli Kərimlinin hakimiyyətdə təmsil olunduğu dövrdə Azərbaycan Liviya, Suriya və Yəmən kimi ölkələrin vəziyyətinə düşə bilərdi. Hətta müzakirələrə gürcü əsilli şəxslər də qoşularaq şəxsi fikirlərini paylaşmaqdan çəkinmədilər. Eduard Chaparidze adlı sosial şəbəkə istifadəçisi yazıb: “Azərbaycan hər zaman Gürcüstanın dostu olub. SSRİ-nin süqutundan sonra bizim ölkələr əməkdaşlıq etdi. Xüsusilə də mərhum Heydər Əliyevin zamanında bu əlaqələr daha da möhkəmləndi. Onun oğlu cənab İlham Əliyev bu gün həmin siyasəti davam etdirir. Amma təəssüflər olsun ki, bizdə olduğu kimi Azərbaycanda da bəzi ağıldankəm insanlar tapılır ki, öz azadlıqlarına hörmət etmirlər. Onlar təxribat törətmək istəyən satqınlardır”.
Chinara Aliyeva adlı şəxs isə faktlarla Əli Kərimlini ifşa edərək yazıb: “Əli Kərimli, oğlu Türkel Kərimli, əmisi oğlu Tofiq Kərimli, baldızı Aytən Rafik qızı Seyidova və Kərimli ailəsinin digər üzvləri 9 ay ərzində banklardan 8 milyon 603 min 364 manat nağd pul çıxarıblar. Bu pullarla Əli Kərimlinin özü və qohum-əqrəbası əsl firon kimi yaşayırlar”. Eyni məzmunda fikirləri davam etdirən Ramal Camalov isə Əli Kərimliyə konkret suallar ünvanlayıb: “Heç bir yerdə işləməyən Əli bəy, niyə demirsən ki, sənin bank hesablarına o pulları kim köçürür? Niyə adlarını çəkmirsən?” Fiko Montini adı ilə müzakirələrə qatılan şəxs də Əli Kərimliyə birbaşa suallar ünvanlayıb: “Bir insanda öz millətinə, xalqına, vətəninə xainlik, nifrət haradandır? Gərək sabit ölkəmizdə 90-cı illərin hadisələri təkrarlansın?”
Əli Kərimli suallardan qaçdı, rəyləri sildi və profilləri blokladı
Əlbəttə ki, davam edən müzakirələrə baxmayaraq Əli Kərimliyə tutduğu antimilli mövqeyə görə etiraz edən sosial şəbəkə istifadəçilərinin sualları cavabsız qaldı. AXCP sədri özündə cürət tapıb onların qarşısına çıxa bilmədi. Əksinə, Əli Kərimli hərzamankı kimi onu ifşa edən rəyləri, şərhləri, faktları və sualları sildi, profilləri isə blokladı. Təbii ki, Ə.Kərimlinin bu addımına heç kəs təəccüb etmədi. Çünki onu elə hakimiyyətdə təmsil olunan dövrdən tanıyırıq. Vəzifə sahibi olarkən jurnalistləri yazdıqları tənqidi yazılarına görə maşınların yük yerinə saldıran, döydürən Əli Kərimli elə indi də köhnə xasiyyətindən əl çəkə bilmir. Avtoritarlıq, diktatorluq onun bütün fəaliyyətini izləyir. Məhz yuxarıda haqqında danışdığımız müzakirələrin getdiyi zaman apardığımız müşahidələr zamanı da aydın şəkildə gördük ki, AXCP sədri dözümsüzlük nümayiş etdirdi. Məsələn, Ayxan Nemetov, Namiq Muradlı, Elnur Məmmədli, Lalə Cəfərli, Elnara Mammed və başqa onlarla profil tənqidi fikirlərinə görə blok edildi. Təxminən hər 5-10 dəqiqədən bir AXCP sədrinin səhifəsində “filtrasiya” işləri aparılır və Əli Kərimlinin mənafeyinə uyğun olmayan rəylər birdəfəlik silinirdi. Bunu təqdim etdiyimiz şəkillərdən də aydın görmək mümkündür. Məsələn, 1-ci və 2-ci şəkillərdən aydın görünür ki, Əli Kərimli səhifəsində yalnız mənafeyinə uyğun şərhləri saxlayır və cəmi 7 dəqiqə ərzində Gulya, Elmir Gəncəli, Gulay Hesenzade adlı istifadəçilərin rəyləri silinib, özləri isə bloka atılıb.
Ramil VƏLİBƏYOV,
YAP Nizami rayon təştilatının
GB sədrinin birinci müavini

Paylaş:
Baxılıb: 506 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31