Xəzər rayonunda “Vətənin müdafiəsinə hazıram” mövzusunda tədbir keçirilib
23.12.2017 [09:41]
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda yetişmələri istiqamətində mütəmadi olaraq ictimai tədbirlər təşkil edir.
AZƏRTAC xəbər verir ki, Xidmətin 2017-ci il üçün fəaliyyət planına əsasən, “Vətənin müdafiəsinə hazıram” mövzusunda növbəti tədbir dekabrın 22-də Xəzər Rayon İcra Hakimiyyəti ilə birgə keçirilib.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Xidmətin fəaliyyətinə həsr edilən slayd nümayiş olunub.
Xəzər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vaqif Həsənov çıxışında gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində belə tədbirlərin əhəmiyyətini qeyd edib. Bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün dünyanın ən güclü orduları sırasındadır.
Ordu quruculuğu sahəsində qazanılan uğurlardan danışan Vaqif Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən islahatlardan bəhs edib. Vətəni qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu vurğulayan natiq düşməndən qat-qat güclü olan ordumuzun doğma torpaqlarımızın keşiyində ayıq-sayıq dayandığını, işğal altındakı ərazilərimizi hər an azad etməyə hazır olduğunu bildirib. Qeyd edib ki, güclü Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadirdir, şəxsi heyətin döyüş ruhu yüksəkdir. Ordumuz ən müasir silah və sursatlarla, zirehli texnikalarla, zenit-raket qurğuları, hərbi hava qüvvələri və s. vasitələrlə təchiz olunub. Bütün bunlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olub.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi, polkovnik Rasim Şirinov bildirib ki, xidmət tərəfindən gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı silsilə tədbirlərin keçirilməsi ənənə halını alıb. Xidmət əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu prosesində yaxından iştirak edir, səfərbərlik və səfərbərlik hazırlığı, Silahlı Qüvvələrin çağırışçılarla komplektləşdirilməsi, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində fəal rol oynayır. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində misilsiz xidmətlərindən danışan Rasim Şirinov qeyd edib ki, bu gün hərbi sahədə islahatlar uğurla reallaşdırılır. Məhz bu sahədə həyata keçirilən islahatlar nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusu statusunu qazanıb və ötən ilin aprel ayında düşmən təxribatının qarşısının alınması zamanı bunu sübut edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli və digər çıxış edənlər “Vətənin müdafiəsinə hazıram” mövzusunda keçirilən tədbirin əhəmiyyətindən və Dövlət Xidmətinin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı gördüyü işlərdən danışıblar. Qeyd olunub ki, bu cür tədbirlərin keçirilməsində məqsəd güclü ordu quruculuğu prosesinin əhəmiyyətini ictimaiyyətə çatdırmaq və gənc nəsli milli dövlətçilik ruhunda tərbiyə etməkdir.
Mərasimdə çağırışaqədərki hazırlıq rəhbəri, şəhid ailələrinin üzvləri, veteranlar, eləcə də çağırışaqədərki hazırlıq fənni üzrə yüksək nailiyyət göstərən şagirdlər mükafatlandırılıblar.
Sonda vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Xəzər rayonunun müxtəlif məktəblərinin şagirdləri konsert proqramı ilə çıxış ediblər.
Xəbər lenti
Hamısına baxSiyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39

