“İrəli” İctimai Birliyinin IX hesabat konfransı keçirilib
26.12.2017 [09:57]
Dekabrın 25-də “İrəli” İctimai Birliyinin IX hesabat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Təşkilatın il ərzindəki fəaliyyətinin yekunları ilə bağlı məlumat verilərkən bildirilib ki, Prezident İlham Əliyevin doğum günündə - 2008-ci il dekabrın 24-də təsis edilən “İrəli” İctimai Birliyi fəaliyyətə başladığı gündən Azərbaycanda dövlət siyasətini geniş şəkildə dəstəkləməklə yanaşı, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir, paytaxtla yanaşı, bölgələrdə də gənclərin inkişafı istiqamətində mühüm və ardıcıl layihələr həyata keçirir.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov çıxışında yarandığı ilk gündən cəmiyyətin həyatında fəal iştirak edən “İrəli” İctimai Birliyinin bu baxımdan öndə gedən gənclər təşkilatlarından biri olduğunu vurğulayıb. Azərbaycanda gənclər və idman sahələrinə yüksək diqqət və qayğı göstərildiyini diqqətə çatdıran komitə sədri Milli Məclisdə Gənclər və idman komitəsinin, Prezident Administrasiyasında Gənclər və idman məsələləri şöbəsinin fəaliyyətə başlamasının bu diqqət və qayğının göstəricisi olduğunu bildirib. “İrəli”nin uğurlu fəaliyyətindən danışan F.Muradov təşkilatın region gəncləri üçün reallaşdırdığı layihələrin önəmini xüsusi qeyd edib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev gənclər təşkilatlarının dövlət gənclər siyasətinin reallaşmasında önəmini xüsusi vurğulayaraq, bu baxımdan “İrəli” İctimai Birliyinin özünə layiqli yer tutduğunu deyib. Nazir müavini təşkilatın paytaxtda və bölgələrdə liderlik məktəbi, “Gənc Əkinci”, “SAY: Solidarity” və s. silsilə layihələr reallaşdırdığını diqqətə çatdırıb. Qeyd edib ki, “İrəli” İctimai Birliyi əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılması işinə öz töhfəsini verir.
Son illər Azərbaycanda gənclər və idman sahələrində mühüm beynəlxalq tədbirlərin uğurla təşkil olunduğunu deyən İ.Babayev gənclər təşkilatlarının bütün bu işlərdə fəal iştirak etdiklərini bildirib. Nazir müavini “İrəli”nin doqquzillik fəaliyyətinin uğurlu olduğunu vurğulayaraq, quruma qarşıdakı illərdə də uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev “İrəli” İctimai Birliyinin fəaliyyət göstərdiyi doqquz il ərzində gənclər təşkilatları arasında fəallığı ilə seçildiyini diqqətə çatdırıb. Fondun dövlət gənclər siyasətinin reallaşmasında mühüm rol oynadığını qeyd edən F.Hacıyev Azərbaycanın dövlət gənclər siyasəti modelinin dünyaya nümunə olduğunu vurğulayıb.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov ölkəmizdə digər nüfuzlu gənclər təşkilatları kimi, “İrəli” İctimai Birliyinin də səmərəli fəaliyyəti ilə seçildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu gün Azərbaycanda gənclər təşkilatlarının uğurlu fəaliyyəti dövlət tərəfindən yaradılan əlverişli şəraitin sayəsində mümkün olub.
Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov bu gün ölkəmizdə gənclər təşkilatlarının uğurlu və səmərəli əməkdaşlığının onların dövlətçilik maraqları və güclü Azərbaycan naminə vahid mövqedən çıxış etmələrinin göstəricisi olduğunu söyləyib, “İrəli” İctimai Birliyinə uğurlar arzulayıb.
Çıxışlardan sonra “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov təşkilatın hesabat dövründəki fəaliyyəti ilə bağlı məruzə ilə çıxış edib. Bildirib ki, il ərzində qurum gənclərin inkişafı istiqamətində səmərəli fəaliyyət göstərib. Təşkilatın reallaşdırdığı tədbirlər, habelə “Azərbaycanın İntellektual Birincisi”, “Gənc Əkinci”, “SAY: Solidarity” və s. layihələr minlərlə gənci əhatə edib. Bundan başqa, fərdi gənclərin təşəbbüskarı olduğu ondan çox layihəyə yüzlərlə gənc qatılıb. İl ərzində təşkilata üzv olmaq üçün 2744 gənc müraciət edib.
Diqqətə çatdırılıb ki, “İrəli” İctimai Birliyi “İslam Həmrəyliyi İli”ndə bir sıra layihələr reallaşdırıb. IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə təşkilat mindən çox gəncin iştirakı ilə idmanın on növü üzrə “Gənclər kuboku” yarışlarını təşkil edib.
Sonra “İrəli” İctimai Birliyinin il ərzindəki fəaliyyətinin yekunlarına dair videoçarx nümayiş etdirilib.
Sonda İctimai Birliyin il ərzində fərqlənən əməkdaşları, eləcə də bu qurumla səmərəli əməkdaşlıq edən kütləvi informasiya vasitələrinin nümayəndələri təltif ediliblər.
Qeyd edək ki, təltif olunanlar arasında “Yeni Azərbaycan” qəzetinin şöbə redaktoru Nadir Azəri də var.
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33

