/ / Ali Attestasiya Komissiyasında 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan toplantı keçirilib
Ali Attestasiya Komissiyasında 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan toplantı keçirilib
20.01.2018 [01:27]
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr edilmiş kitab sərgisi təşkil olunub və toplantı keçirilib.
Komissiyadan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri əvəzi, AAK sədrinin müavini Vəli Hüseynov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüzdən, 20 Yanvar faciəsinin başvermə səbəblərindən, Azərbaycan tarixindəki yerindən, o zaman törədilmiş cinayətlərdən, insanların vəhşicəsinə qətlə yetirilməsindən, 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsindən, onların ailə üzvlərinə göstərilən dövlət qayğısından danışıb. AAK sədrinin müavini qeyd edib ki, 20 Yanvar 1990-cı il Azərbaycan xalqının öz yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bir daha bəyan etdiyi tarixi bir gündür.
Vəli Hüseynov Ümummilli liderimiz Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək baş vermiş faciə ilə bağlı xalqımıza başsağlığı verməsini, faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etməsini, hərbçilərin dinc əhaliyə divan tutmasına və bütöv bir xalqa qarşı edilmiş tarixi cinayətə qarşı kəskin münasibət bildirməsini xüsusi olaraq vurğulayıb.
Konfransda AAK-ın şöbə müdiri Rafail Əhmədlinin 20 Yanvarla bağlı “Azərbaycan tarixinin 20 Yanvar səhifəsi” mövzusunda məruzəsi dinlənilib. Toplantıda çıxış edənlər bildiriblər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə doğma Azərbaycanımızın məğrur oğul və qızları öz qanları ilə Azərbaycan tarixinin şərəfli və müqəddəs bir səhifəsini yazıblar.
Məruzə ətrafında çıxış edənlər 20 Yanvar şəhidlərinin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını, onların ailə üzvlərinə daim dövlət qayğısının olduğunu xüsusi vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59

