Bərdəli fermerin uğur formulu: dövlət dəstəyi, torpağa sevgi və zəhmətsevərlik
30.01.2018 [09:54]
Son illər aqrar sahəyə göstərilən dövlət dəstəyi nəticəsində fermer və torpaq mülkiyyətçiləri təsərrüfatlarını genişləndirir, kənd təsərrüfatı məhsulları istehsalını ilbəil artıraraq, ölkəmizin ərzaq təhlükəsizliyinə öz töhfələrini verirlər. Belə təsərrüfatlardan biri də Bərdə rayonunun Qazaxlar kəndində fəaliyyət göstərən “Elkiyar” İstehsal Kommersiya Şirkətidir. Kənd sakini İkram Ziyadovun 2007-ci ildə toxumçuluq müəssisəsi kimi yaratdığı təsərrüfat növbəti illərdə daha da genişləndirilib. Təsərrüfatda hazırda toxumçuluqla yanaşı, tərəvəzçilik, pambıqçılıq, baramaçılıq və heyvandarlıq da inkişaf etdirilir.
İkram Ziyadov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, 2017-ci ilin məhsulu üçün 262 hektar buğda, 155 hektar arpa, 80 hektar toxumluq yonca becərilib. Sahələrə düzgün aqrotexniki qulluq göstərilməsi bol məhsulun yetişməsinə səbəb olub. 940 ton buğda, 390 ton arpa, 15 ton yonca toxumu əldə edilib. Buğdanın məhsuldarlığı hər hektardan orta hesabla 55 sentnerə, arpanın məhsuldarlığı isə 45 sentnerə çatıb.
Sahələrdən yığılan taxıl təmizlənərək çeşidlənir, laboratoriya müayinəsindən keçirilir, kisələrə yığılır. R1 və R2 reproduksiyalı toxumlar isə fermerlərə satılır.
Toxumçuluğa göstərilən dövlət dəstəyindən danışan fermer deyib: “Elit toxumları 50 faiz güzəştlə alırıq. İstehsal edib fermerlərə satdığımız 1-ci və 2-ci reproduksiyalı toxumlara görə də dövlət büdcəsindən subsidiya ayrılır. Dövlət dəstəyi regionlarda toxumçuluğun genişləndirilməsi, toxumçuluq təsərrüfatlarının maddi-texniki bazalarının yaxşılaşdırılması istiqamətində müsbət nəticələr verir”.
Ölkəmizdə pambıqçılığa dövlət dəstəyindən bəhrələnən fermer ötən il 22 hektar sahədə çiyid səpini həyata keçirib, hər hektardan 35 sentner olmaqla, 78 ton pambıq yığıb. Bundan başqa, növbəli əkin sisteminin tətbiq edildiyi təsərrüfatda ötən il 5 hektarda soğan, 2 hektarda pomidor, 2 hektarda lobya becərilib. Sahələrdən 200 ton soğan, 50 ton pomidor, 3,5 ton lobya götürülüb.
Təsərrüfatda ilin bütün vaxtında qızğın iş gedir. Hazırda 2018-ci ilin məhsulu üçün əkilmiş 327 hektar buğda, 170 hektar arpa, 5 hektar soğan sahələrində becərmə işləri aparılır. Yaz mövsümündə 26 hektarda pambıq, 1,5 hektarda pomidor, 1,5 hektarda lobya, 5 hektarda qarğıdalı əkilməsi, 4 hektarda bostan bitkiləri becərilməsi nəzərdə tutulur.
Ölkəmizdə baramaçılığa göstərilən dövlət qayğısından ruhlanan İkram Ziyadov ötən il 2 qutu (38 qram) ipəkqurdu toxumu da bəsləyib və 89 kiloqram barama istehsal edib. Əkin sahələrinin kənarındakı mövcud çəkil ağacları fermerə bu sahəni inkişaf etdirməyə imkan verir. Odur ki, fermer barama istehsalını növbəti illərdə də davam etdirəcəyini deyir.
Bərdəli fermer heyvandarlıq sahəsində də uğurlu nəticələrə nail olub. Hazırda təsərrüfatda 160 baş iribuynuzlu, 560 baş xırdabuynuzlu heyvan saxlanılır. İnək və camışlardan sağılan süd Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində kənddə inşa olunmuş süd qəbulu məntəqəsində emal edilir, çiyə, yağ, pendir istehsal edilərək satışa çıxarılır. Təsərrüfatda yeni doğulan dişi buzovlar yetişdirilərək fermanın düyə ehtiyacını qarşılayır. Erkək buzovlar isə ətlik istiqamətdə bəslənilir.
Fermer aqrar sahədə əldə etdiyi uğurlara dövlətin dəstəyi, torpağa sevgi və zəhmətsevərlik sayəsində nail olduğunu bildirib. Qarşıda isə yeni-yeni planlar var. Təsərrüfatı daha da genişləndirmək və inkişaf etdirməyi hədəfləyən İkram Ziyadov yeni müasir ferma tikmək, lizinq yolu ilə südlük istiqamətli cins heyvanlar almaq, meyvə bağları salmaq fikrindədir. “Ölkəmizdə keyfiyyətli yonca toxumuna həmişə ehtiyac olub. Bunu nəzərə alaraq təsərrüfatımızda yonca toxumu istehsalını da həyata keçiririk. Almaniyanın “Petkus” firmasının istehsalı olan yonca toxumu təmizləyən avadanlığımız da var. Keyfiyyətli və təmiz yonca toxumu istehsalına başlamaq üçün toxum təmizlənməsində istifadə olunan dəmir tozu lazımdır. Bu isə respublikamızda yoxdur. Dəmir tozunun gətirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmişik. Əgər dəmir tozu əldə etsək, həm ixracyönümlü yonca toxumu istehsal edə bilərik, həm də ölkəmizin keyfiyyətli toxuma olan ehtiyacını ödəyərik”, - deyə İkram Ziyadov bildirib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22

