Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qaxda altı yaşayış məntəqəsində kütləvi tibbi müayinələr başa çatıb

Qaxda altı yaşayış məntəqəsində kütləvi tibbi müayinələr başa çatıb

28.02.2018 [09:56]

Ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı verilən tapşırıq və tövsiyələr Qax rayonunda da uğurla icra olunur. Tibbi müayinələrə rayon üzrə 18 yaşdan yuxarı 43 mindən çox insanın cəlb olunması nəzərdə tutulub. Fevralın 12-də başlanan aksiya çərçivəsində indiyədək 8 min nəfərdən çox rayon sakini tibbi müayinədən keçərək, öz sağlamlıqları barədə ətraflı məlumat əldə ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tibbi müayinələrin keçirildiyi rayon mərkəzi xəstəxanasında, həmçinin 11 kənd xəstəxana və həkim məntəqəsində əhalinin qəbulu və müayinələrin aparılması üçün hər cür şərait yaradılıb. Əhalinin daha çox üz tutduğu rayon mərkəzi xəstəxananın poliklinika şöbəsi bu günlərdə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Poliklinikanın müdiri Cəmaləddin Hacıyevin məlumatına görə, indiyədək müayinədən keçənlərin 913 nəfərinə ambulator müalicə təyin edilib, 8 nəfər stasionar müalicəyə cəlb olunub. Daha ciddi müalicəyə ehtiyacı olan bir xəstə Bakı şəhərinin ixtisaslaşmış tibb müəssisəsinə göndərilib.
Poliklinika müdiri bildirib ki, tibbi müayinələr rayonun 59 yaşayış məntəqəsini əhatə edəcək. Bu günədək rayonda fəaliyyət göstərən 48 idarə, müəssisə və təşkilatda, həmçinin 6 yaşayış məntəqəsində tibbi müayinələr başa çatıb.

Paylaş:
Baxılıb: 453 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31