Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Şuşaya aparan yollarla

Şuşaya aparan yollarla

09.05.2018 [15:51]

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova və Uşaq və Gənclərin Sülh Şəbəkəsinin liderlik məktəbinin üzvləri Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ombudsman Elmira Süleymanova, Füzuli və Cəbrayıl Rayon İcra hakimiyyətlərinin başçıları Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər. Burada cəbhə bölgəsində xidmət edən əsgər və zabitlərlə görüşən E.Süleymanova 2016-cı ilin aprel zəfərinin əhəmiyyətindən danışıb, işğal altında olan bütün torpaqlarımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad olunacağına inamını ifadə edib. “Dayandığımız bu yollar bizi Cocuq Mərcanlıya, Şuşaya doğru aparır. İnanıram ki, Prezident, Ali Baş Komandanın qətiyyəti, Azərbaycan Ordusunun qüdrəti sayəsində biz Cocuq Mərcanlıya qayıtdığımız kimi, hazırda işğal altında olan digər torpaqlarımıza da qayıdacağıq”, - deyə Ombudsman bildirib.
Elmira Süleymanova 1994-cü ildə Azərbaycan Ordusunun cəbhənin Füzuli istiqamətində həyata keçirdiyi uğurlu Horadiz əməliyyatından və 1945-ci ildə faşizm üzərində qazanılan qələbədən də bəhs edib. Vurğulayıb ki, 1945-ci ildə faşizmin məğlubiyyətə uğradılmasında böyük rolu olmuş xalqımız tezliklə erməni faşizmi üzərində də qələbə qazanacaq.
Cocuq Mərcanlı kənd tam orta məktəbinə gələn Elmira Süleymanova şagirdlərlə görüşdə Azərbaycan Xalq Cümhuriyyəti, 1945-ci ildə Faşizm üzərində Qələbənin 73-cü ildönümü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun qazandığı zəfər, Cocuq Mərcanlıya qayıdış mövzularında söhbətlər aparıb. Həmçinin Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünün ölkəmizdə və dünyada geniş qeyd olunduğunu vurğulayan Ombudsman deyib ki, Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsinə, xalqımızın firavanlığı və ölkənin davamlı inkişafına xidmət edən Heydər Əliyev siyasi kursunun həyata keçirilməsi nəticəsində ictimai-siyasi sabitlik, qanunun aliliyi təmin edilib, insan hüquq və azadlıqları sahəsində real addımlar atılıb.
Məktəbə uşaqlar üçün ensiklopediya, “Qısa İslam Ensiklopediyası” və “Bunları bilmək istəyirəm” adlı intellektual ensiklopediya hədiyyə edilib.
Ombudsman E.Süleymanova Cocuq Mərcanlıya səfəri çərçivəsində ön xəttə xidmət edən əsgər və zabitlərlə də görüşüb, onların xidmət və məişət şəraiti ilə maraqlanıb. O, hərbçilər qarşısında çıxış edərək, bu il Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ordusunun yaradılmasının 100 ilinin tamam olduğunu diqqətə çatdırıb, Silahlı Qüvvələrimizin qüdrətindən danışaraq, əsgərlərə qələbə arzulayıb.
Elmira Süleymanova sonra Cocuq Mərcanlıda tikilən Şuşa məscidinin bənzəri olan məscidə gəlib. Şəhidlərin ruhuna dua oxunub. Məscidə “Qurani-Kərim” və digər kitablar hədiyyə edilib. Ombudsman 1994-cü ilin aprelindən Cocuq Mərcanlıda yaşayaraq, vətənpərvərlik və fədakarlıq nümunəsi göstərən Oqtay Həziyevin evinə də baş çəkib, ailəsi ilə söhbət edib.
Ombudsman jurnalistlərə müsahibəsində deyib: “Ermənistan ordusunun dağıtdığı Cocuq Mərcanlı kəndi Prezident İlham Əliyevin göstərişi ilə yenidən qurulub. Kənddə hər cür infrastruktura malik yaşayış məntəqəsi salınıb. Şuşa məscidinin bənzəri olan məscid inşa edilib. Bütün bunlar işğal altında olan torpaqlarımıza, o cümlədən Şuşaya qayıdacağımıza inamı daha da artırır. İnanıram ki, Azərbaycan Ordusu bizə Lələtəpə zəfəri kimi çox qələbələr yaşadacaq”.

Paylaş:
Baxılıb: 481 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31