/ / Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi BMT-də məruzə ilə çıxış edib
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi BMT-də məruzə ilə çıxış edib
25.05.2018 [09:10]
BMT-nin Korrupsiyaya Qarşı Mübarizə Konvensiyasının qəbul edilməsinin 15 illiyi ilə bağlı BMT Baş Assambleyasının yüksək səviyyəli müzakirələri keçirilib.
AZƏRTAC xəbər verir ki, BMT Baş Assambleyasının prezidenti Miroslav Layçak və BMT-nin baş katibi Antonio Quterreşin də iştirak etdikləri tədbirdə Azərbaycanı baş prokurorun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Tədbirin yüksək səviyyəli seqmentində çıxış edən K.Əliyev korrupsiyanın istənilən cəmiyyətdə demokratiyaya və qanunun aliliyinə təhlükə təşkil etdiyini, onun iqtisadi inkişafını ləngitdiyini bildirib. Qeyd edib ki, korrupsiyaya qarşı mübarizə Prezident İlham Əliyevin Azərbaycanda həyata keçirdiyi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. O, Azərbaycanın BMT-nin Korrupsiyaya Qarşı Mübarizə Konvensiyası başda olmaqla, beynəlxalq və regional sənədlərə qoşulduğunu, qısa müddət ərzində ölkəmizdə beynəlxalq standartlara uyğun müasir qanunvericilik sisteminin yaradıldığını, bu vaxta qədər korrupsiyaya qarşı dörd milli fəaliyyət planının icra edildiyini bildirib. Baş prokurorun müavini korrupsiyanın qarşısının alınması sahəsində milli siyasəti müəyyənləşdirən Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının və konvensiyanın müddəalarına uyğun olaraq ixtisaslaşmış antikorrupsiya qurumunun - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin təsis olunması və onların uğurlu fəaliyyəti barədə məlumat verib.
K.Əliyev Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində dövlət xidmətlərinin şəffaflığına xüsusi əhəmiyyət verildiyini və bunun bariz nümunəsi kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və Azərbaycan brendi hesab edilən “ASAN xidmət”in 2015-ci ildə BMT-nin ictimai xidmətlər üzrə mükafatına layiq görüldüyünü bildirib.
Korrupsiyaya qarşı mübarizənin digər istiqaməti kimi ölkəmizdə ədliyyə sahəsində aparılan islahatlara toxunan baş prokurorun müavini bu islahatların Avropa Şurasının Ədliyyənin Səmərəliliyi üzrə Komissiyası tərəfindən yüksək dəyərləndirildiyini vurğulayıb.
Çıxışda, eyni zamanda, korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığa da mühüm önəm verildiyi bildirilib və Azərbaycanın konvensiyanın icrasının icmalı mexanizmində, eləcə də korrupsiyaya qarşı mübarizə aparan prokurorların şəbəkəsinin işində fəal iştirak etdiyi qeyd olunub.
Tədbir çərçivəsində bir sıra ölkələrin antikorrupsiya qurumlarının rəhbərləri və BMT-nin Cinayətkarlığa və Narkotiklərə qarşı Mübarizə Ofisinin rəsmiləri ilə ikitərəfli görüşlər keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev də iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

