Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Azercell” uşaq hüquqlarının qorunmasına dair aksiya keçirir

“Azercell” uşaq hüquqlarının qorunmasına dair aksiya keçirir

02.06.2018 [10:07]

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş layihə Park Bulvar TM-in tərəfdaşlığı ilə keçirilir
1950-ci ildə keçirilmiş Qadınların Beynəlxalq Demokratik Federasiyasının Konqresi 1 iyun tarixini Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd etməyi qərara alıb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Azərbaycan rabitə bazarının lider mobil operatoru “Azercell Telekom” MMC bu il də ənənəsinə sadiq qalaraq Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş silsilə tədbirlər keçirir. Belə ki, “Azercell Telekom”un təşəbbüsü və Park Bulvar TM-in tərəfdaşlığı ilə Pantomima Teatrının aktyorları tərəfindən hazırlanan səhnəciklər ilk olaraq 26 may tarixində Park Bulvarda nümayiş olunub. Böyük marağa səbəb olan səhnəciklər cəmiyyətdə uşaqlara qarşı psixoloji və fiziki zorakılığa son qoyulması, onlara diqqət və qayğı göstərilməsinin önəmli olması mesajını ötürür. İzləyicilərə uşaq zorakılığına qarşı mübarizənin simvolu olan mavi lent və “Azercell”in təşəbbüsü ilə yaradılan “Uşaq Qaynar Xətti” mobil tətbiqinin istifadə qaydaları haqqında broşürlər paylanılıb. Şəhər əhalisi bu səhnəcikləri 1 iyun tarixində saat 19:00-20:00 arası və 2-3 iyun tarixlərində saat 20:00-21:00 arası Park Bulvar TM-də, 2-3 iyun tarixlərində saat 18:00-19:00 arası isə Fəvvarələr meydanında izləyə biləcəklər.
“Azercell Telekom” MMC uşaq hüquqlarının qorunmasına, uşaqların sağlamlığı və təhsilinə yönəlik layihələrə öz Korporativ Sosial Məsuliyyət siyasətində xüsusi önəm verir. Şirkət 2010-cu ildə yaranmasına yardım etdiyi və hər il dəstəklədiyi “Uşaq Qaynar Xətti” xidmətinin tərəfdaşı, kimsəsiz uşaqlara və xüsusi qayğıya ehtiyacı olan əhaliyə pulsuz tibbi xidmət göstərən “Mobil Diş” və “Mobil Göz” klinikalarının yaradıcısıdır. Eyni zamanda, artıq dördüncü ildir ki, “Azercell” Uşaq Paralimpiya Komitəsinə dəstək verməkdə davam edir. “Azercell”in uşaq hüquqlarının qorunması ilə bağlı yeni sosial istiqaməti isə onların İnternet şəbəkəsindən təhlükəsiz istifadəsi üçün imkanların genişləndirilməsi ilə bağlıdır və bu sahədə “Azercell” həm texnoloji addımlar atmış, həm də müxtəlif maarifləndirici tədbirlərin həyata keçirilməsinə başlamışdır.

Paylaş:
Baxılıb: 531 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31