Ölkəmizdə vətəndaş cəmiyyəti təşkilatlarının şəffaf və azad fəaliyyəti təmin olunub
07.07.2018 [09:28]
Demokratik və hüquqi dövlət quruculuğu prosesinin mühüm tərkib hissəsi olan vətəndaş cəmiyyəti institutları milli birliyin daha da gücləndirilməsi işinə böyük töhfələr verir
Müasir dövrdə ictimai həyatın demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, cəmiyyətin harmonik və sabit inkişafının təmin edilməsi, hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biridir. Bu mənada, demokratik inkişaf yolunu seçmiş ölkələrdə, o cümlədən Azərbaycanda müəyyənləşdirilmiş hədəfə çatmaq, həmçinin ümumi ictimai münasibətlərin daha yüksək səviyyəyə gətirilməsi, vətəndaş birliyinin gücləndirilməsi üçün vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, dəstəklənməsi əsas şərt qismində çıxış edir. Belə ki, vətəndaş cəmiyyəti institutları bu gün Azərbaycanda tərəqqi proseslərinin, novatorluğun, modernləşmə təşəbbüslərinin lokomotivi kimi qəbul edilir. Şübhəsiz ki, ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının inkişafı Azərbaycan dövlətinin, xüsusilə Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdiyi əməli tədbirlərin nəticəsində mümkün olub. Qeyd edək ki, məhz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün uğurla davam etdirilən siyasi kursun nəticəsində respublikamızda insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin formalaşdırılması və daha da təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Yeri gəlmişkən, Azərbaycan Konstitusiyasının müddəalarının təxminən yarıdan çoxu insan hüquq və azadlıqlarını əhatə edir. Bundan başqa, Milli Məclisdə İnsan hüquqları daimi komitəsi, Ombudsman Aparatının fəaliyyəti ölkəmizdə demokratik prinsiplərə hörmətin göstəricisi sayılmalıdır. Ölkəmiz insan hüquqlarının qorunması prinsiplərini özündə ehtiva edən beynəlxalq müqavilələri və konvensiyaları dəstəkləyib. BMT Baş Məclisinin 1948-ci il qətnaməsi ilə qəbul olunan “İnsan hüquqları haqqında” Ümumi Bəyannaməni dəstəkləyən Azərbaycan bu istiqamətdə götürdüyü bütün öhdəlikləri yerinə yetirib.
Qeyd etdiyimiz kimi, Ulu öndərimizin gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi, bir sözlə, modern dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi məqsədi ilə ən yüksək tələblərə cavab verən normativ hüquqi baza yaradılıb. Məhz Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ilk milli Konstitusiyanın müddəalarına uyğun olaraq ölkəmizdə demokratik yolla prezident, parlament və bələdiyyə seçkiləri keçirildi, qanunvericilik sahəsində aparılan əsaslı hüquqi islahatlar nəticəsində hər bir insan şəxsiyyət azadlığı və toxunulmazlığına, barəsində başlanılmış cinayət işinin müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətlə və açıq şəkildə araşdırılmasına, hüquqi müdafiəyə təminat almışdır, ölkədə çoxpartiyalı sistem fəaliyyət göstərir, siyasi plüralizm, söz və vicdan azadlığı, azlıqların hüququ, qanun qarşısında bərabərlik və təqsirsizlik prezumpsiyası təmin edilir. Eyni zamanda, Prezident İlham Əliyevin dövlət başçısı seçilməsindən ötən 15 ildə demokratik inkişaf yolunda davamlı və milli maraqları müdafiə edən siyasət yürüdülüb. Bu ilin aprelində keçirilən prezident seçkilərində qələbə qazanan cənab İlham Əliyev andiçmə mərasimində də bildirib ki, ötən 15 il ərzində Azərbaycanda demokratik inkişaf çox sürətlə gedib, Azərbaycanda bütün azadlıqlar təmin edilib: “Hesab edirəm ki, bu 15 il demokratik inkişaf baxımından çox uğurlu illər olmuşdur. Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları - söz azadlığını, mətbuat azadlığını, sərbəst toplaşma azadlığını, siyasi fəaliyyət azadlığını təmin etmişik. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır. Yəni, demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun, necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir və seçkilər, onun nəticələri bunu bir daha təsdiqləyir”.
Ümumiyyətlə, demokratik inkişaf yolu seçən bütün sivil dövlətlərdə olduğu kimi, ölkəmizdə də vətəndaş cəmiyyəti quruculuğu özünəməxsus tarixi inkişaf yolu keçib. İctimai sektorun inkişafı üçün zəruri hesab olunan məqsəd və hədəflər, prioritetlər davamlı şəkildə aparılıb və geniş müzakirələr nəticəsində müəyyən edilərək daha da zənginləşdirilib, bu sahədə beynəlxalq təcrübə diqqətlə öyrənilib. Ölkəmizdə QHT sektorunun fəaliyyətinə dövlət təminatı verən əsas təməl 1995-ci ildə qəbul edilmiş ölkə Konstitusiyasıdır. Sərbəst birləşmək azadlığını özündə əks etdirən Konstitusiyanın 58-ci maddəsi hər kəsin başqaları ilə birləşmək, hər kəsin istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququnu təsbit etməklə yanaşı, bu birliklərin sərbəst fəaliyyətinə tam təminat verir. 2000-ci ildə qəbul edilən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanun isə qeyri-hökumət təşkilatlarına aid əksər məsələlərə aydınlıq gətirir.
Ölkə Prezidenti İlham Əliyevin yürütdüyü siyasi kurs Azərbaycanda hüquqi dövlətin möhkəmləndirilməsi, inkişaf etdirilməsi, o cümlədən də vətəndaş cəmiyyətinin praktiki olaraq möhkəmlənməsi və inkişafı üçün zəmin yaradıb. 2007-ci ildə MDB məkanında ilk dəfə olaraq Azərbaycanda qəbul olunan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası, 2008-ci ildə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu qəbildən olan addımlardandır. Fondun yaradılması bilavasitə vətəndaş cəmiyyəti institutlarının inkişafına çox böyük təkan verdi. Bu qurum vasitəsi ilə dövlət tərəfindən vətəndaş cəmiyyəti institutlarına hər il maliyyə vəsaitləri ayrılır.
Qeyd edilməlidir ki, bu il Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasının onuncu ildönümüdür. Ötən dövr ərzində bu qurum dövlət və QHT-lər arasında körpü rolu oynayıb. Şuranın təsis edilməsi dövlət-QHT münasibətlərinin yeni müstəviyə keçməsi üçün şərait yaratdı, qeyri-hökumət təşkilatlarına etimad mühitini gücləndirdi. Belə bir qurumun yaradılması ilə Azərbaycanda milli donorluq institutu formalaşdı. Məhz Şuranın yaranmasından sonrakı dövrdə QHT-ləri ümummilli problemlərin həlli istiqamətində səfərbər etmək mümkün oldu və qurum Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımına beynəlxalq miqyasda ədalətli qiymətin verilməsi istiqamətində xeyli işlər görüb və görür.
Yeri gəlmişkən, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 illik yubileyində çıxış edən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, ötən 10 il ərzində QHT-lərə Dövlət Dəstəyi Şurası böyük işlər görüb və onun fəaliyyəti qənaətbəxş hesab olunmalıdır. Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının şəffaf fəaliyyətini müşahidə edirik. Əli Həsənov deyib ki, bu gün Azərbaycanda QHT sektorunda fəal insanlar üçün faktiki iş yerləri açılıb: “Ölkəmizdə 26 il ərzində QHT sektoruna 306 milyon manata yaxın vəsait ayrılıb. QHT-lərə Dövlət Dəstəyi Şurası isə ötən 10 il ərzində qeyri-hökumət təşkilatlarının layihələrinin maliyyələşdirilməsinə 36 milyon manat ayırıb. Maliyyələşdirilən bu layihələrdə 30 minə qədər insan çalışıb. Onlar Azərbaycanın fəal vətəndaşlarıdır və dövlətimizi xarici təhlükələrdən elə dövlətin özü qədər qoruyurlar. Onlar Azərbaycan dövlətinin, cəmiyyətinin maraqlarının fəal təbliğatçılarıdırlar. Təəssüf ki, xarici dairələrin təsirinə düşərək Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı istifadə edilən QHT-lərin də şahidi olmuşuq. Ancaq sevindirici haldır ki, QHT-lərin böyük əksəriyyəti Azərbaycanın maraqlarını qoruyur, dövlətçiliyimizi təbliğ edir”.
Qeyd edildiyi kimi, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunmasına yönəlmiş çoxşaxəli humanizm siyasəti Prezident İlham Əliyev tərəfindən müasir dövrün qanunauyğunluqlarına, reallıqlarına və tələblərinə müvafiq surətdə davam etdirilməkdədir. “Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk”, - deyən Prezident İlham Əliyevin birbaşa tövsiyə və göstərişləri əsasında görülən sistematik işlər insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində xüsusi əhəmiyyət kəsb edir. Məhz bu cür ali və humanist mövqeyin qanunauyğun nəticəsi kimi, Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyun Azərbaycanda İnsan Hüquqları Günü elan edilib. Nəticə etibarilə, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin və müdafiə olunması demokratikləşmə prosesinin də operativ və effektiv səciyyə almasını şərtləndirir. Odur ki, bütün bunların fonunda Azərbaycan demokratik inkişaf yolunda qətiyyətlə irəliləyir.
Pərviz SADAYOĞLU
“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

