“Azərbaycanın dövlət-din modeli və gənclər” mövzusunda müzakirələr aparılıb
21.07.2018 [09:43]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondu və YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə iyulun 20-də “Azərbaycanın dövlət-din modeli və gənclər” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyasının qərargahında baş tutan tədbirdə dini dəyərlərin qorunması, din-dövlət münasibətlərinin tənzimlənməsi və maarifçilik işinin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Amil Cavadov əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət-din münasibətləri barədə danışıb. O, Azərbaycanda dövlət-din münasibətlərinin uğurla tənzimləndiyini, qanunvericilik bazasının formalaşdırıldığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanda dini və mənəvi azadlıq təmin olunub, bütün dinlərin nümayəndələri azad şəkildə öz ibadətlərini həyata keçirirlər. Təəssüf ki, Azərbaycanda mövcud olan dini əmin-amanlığı pozmağa cəhd edən qüvvələr var. Amma buna baxmayaraq inanırıq ki, sağlam düşüncəli vətəndaşlarımız bu məkrli planların həyata keçirilməsinə imkan verməyəcək, bu sahədə fəal olacaqlar. Hər bir Azərbaycan vətəndaşı uğurlu dövlət-din modelini qorumalıdır.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov gənclərlə aparılan maarifçilik işindən danışıb. O deyib ki, bu istiqamətdə bir sıra işlər görülüb və din tarixi, həqiqi inanc anlayışları ilə bağlı tədbirlər bundan sonra da davam etdiriləcək.
Fondun rəhbəri qeyd edib ki, Azərbaycanda dünya ölkələrinə nümunə göstəriləcək dövlət-din münasibətlərinin xüsusi modeli mövcuddur. Bu modelin əsasında Azərbaycan xalqının xarakterik xüsusiyyəti kimi formalaşmış tolerantlıq və multikulturalizm kimi ülvi dəyərlər dayanır.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev isə qeyd edib ki, xalqımız milli mənəvi dəyərlərinə, İslam ənənələrinə hər zaman hörmətlə, sədaqətlə yanaşıb. Azərbaycan xalqı ən çətin və ağır tarixi dövrlərdə dini ənənələrini qoruyaraq günümüzədək gətirib çıxarıb. Kənardan ölkəmizə idxal olunmasına çalışılan ideologiyalar qətiyyətlə rədd edilir. Əlbəttə, fanatik ideyaların təsiri altına düşən vətəndaşlarımız da var. Lakin ölkə səviyyəsində onların sayı olduqca azdır və cəmiyyətimiz belələrinin ardınca getməkdə deyil, onların islah olunmasında maraqlıdır.
Tədbir müzakirələrlə davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10

