Şəkər Qədirli: Sınaq imtahanlarında da 700 bal toplayırdım
15.08.2018 [08:54]
Artıq ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatıb. 2018-2019-cu tədris ili üçün I-IV ixtisas qrupları üzrə öz bilik səviyyəsini sınaqdan keçirmiş və müsabiqədə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuş abituriyentlər səbirsizliklə ilk dərs gününü gözləyirlər. Xatırladaq ki, bu dəfə imtahanda I ixtisas qrupu üzrə 13, II ixtisas qrupu üzrə 3, III ixtisas qrupu üzrə 8, IV ixtisas qrupu üzrə isə 5 nəfər olmaqla, ümumilikdə 29 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb. Bu da əvvəlki illərlə müqayisədə rekord göstəricidir.
Beləliklə, ənənəyə sadiq qalaraq, bu il də 700 bal toplayan abituriyentləri oxucularımızla tanış edirik. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən respublikanın ali məktəblərinə keçirilən qəbul imtahanlarında 700 bal, yəni maksimum nəticə göstərən abituriyentlərdən biri də Göyçay rayon Ləkçıplaq kənd 1 saylı tam orta məktəbinin məzunu Şəkər Qədirlidir. Məlumat üçün bildirək ki, məktəbin builki 60 məzunundan 26 nəfəri imtahanlarda uğurla iştirak edərək tələbə adını qazanıb. Məktəbin məzunu Qədirli Şəkər Nail qızı isə I ixtisas qrupu üzrə 700 bal toplayıb. Şəkər rayon üzrə ilk dəfə ən yüksək nəticəni göstərib. O, öz ailəsinə, doğulub boya-başa çatdığı rayona böyük sevinc bəxş etdiyinə görə xoşbəxt olduğunu və qürur hissi keçirdiyini deyir: “700 bal toplamaq gözəl hissdir, hər zaman belə nəticə olmasını arzulamışam və arzuma çatdım. Sınaq imtahanlarında da 700 bal toplamışdım. Birinci imtahanda diqqətsizlik ucbatından 685 bal toplamışdım. İkinci dəfə özümü sınamaq istəyirdim və bu nəticəni əldə edəcəyimə inanırdım. Təhsilimi isə Bakı Ali Neft Məktəbinin informasiya təhlükəsizliyi fakültəsində davam etdirmək istəyirəm”.
Bu nəticə heç də təsadüfi deyil. Belə ki, Ş.Qədirlinin sözlərinə görə, onun bacısı da bir neçə il öncə yüksək balla (677 bal) ali məktəbə qəbul olub, hazırda BANM-da təhsil alır. Şəkər rayon üzrə öz bacısının rekordunu yeniləyib.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39

