/ / Yenidən qurulan Qax Damazlıq İpəkçilik Stansiyası kümçüləri damazlıq barama toxumları ilə tam təmin edəcək
Yenidən qurulan Qax Damazlıq İpəkçilik Stansiyası kümçüləri damazlıq barama toxumları ilə tam təmin edəcək
16.08.2018 [08:48]
Qax Damazlıq İpəkçilik Stansiyasının yenidən qurulması istiqamətində işlər artıq yekunlaşmaq üzrədir. Dörd korpusdan və yardımçı tikililərdən ibarət olan stansiyada hazırda son tamamlama işləri görülür.
Stansiyanın yenidən qurulması Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 19 may tarixli Sərəncamına uyğun olaraq həyata keçirilir. Sərəncama əsasən, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və ən müasir avadanlıqla təchiz olunması üçün Prezidentin ehtiyat fondundan 4,5 milyon manat vəsait ayrılıb. Stansiya müasir standartlara uyğun yenidən qurulduqdan sonra daha xaricdən ipəkqurdu toxumu gətirməyə ehtiyac qalmayacaq və bu işlər stansiyanın özündə təşkil olunacaq. Stansiyada hibrid və elit barama toxumları yetişdiriləcək.
Tikinti və yenidənqurma işləri Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə “Azəraqrartikinti” ASC tərəfindən həyata keçirilir. Tikinti işlərinin gedişi barədə məlumat verən səhmdar cəmiyyətin sahə rəisi İttifaq Abdullayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, stansiyanın ümumi ərazisi bir hektar, tikintialtı sahəsi isə 1800 kvadratmetrdir. Ərazidə inşa edilən binalardan ikisi hibrid və elit barama toxumlarının yetişdirilməsi üçün nəzərdə tutulub. Üçüncü binada isə ipəkqurdu ailələrinin yemlənməsi həyata keçiriləcək. Stansiyada Çindən gətirilən ən müasir texnoloji avadanlıq quraşdırılıb. Quraşdırma işləri çinli mütəxəssislərin bilavasitə iştirakı ilə həyata keçirilib.
Sahə rəisinin sözlərinə görə, ərazidə inşa edilən inzibati binanın və yardımçı tikililərin, o cümlədən hər biri 100 kubmetrlik yanğın əleyhinə və içməli su hovuzlarının, çirkab su anbarının, qazanxana və nasosxana binalarının, nəzarət-buraxılış məntəqəsinin tikintisi işləri də artıq tam yekunlaşıb. Ərazi abadlaşdırılıb, həyətə səki daşları düzülüb, asfalt örtüyü döşənib. Artıq yaşıllaşdırma işlərinə başlanılıb.
Stansiyanın bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 23:48
Dünya
04 Avqust 23:24
Dünya
04 Avqust 22:56
Dünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23
Dünya
04 Avqust 20:57
Dünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Siyasət
04 Avqust 12:59
Siyasət
04 Avqust 12:55
Siyasət
04 Avqust 12:54
Siyasət
04 Avqust 12:53
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17

