Aslan Əli oğlu Aslanov
25.08.2018 [09:29]
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aslan Əli oğlu Aslanov uzun sürən xəstəlikdən sonra avqustun 22-dən 23-nə keçən gecə vəfat etmişdir.
Aslan Əli oğlu Aslanov 31 dekabr 1961-ci ildə Şəmkir rayonunun Əliyaqublu kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) meyvə-tərəvəzçilik fakültəsinə daxil olmuşdur. Ali məktəbi müvəffəqiyyətlə bitirən Aslan Aslanov əmək fəaliyyətinə 1982-ci ildə Şəmkir rayonu şərabçılıq zavodunda başlamışdır. 1983-cü ildən 1993-cü ilə qədər isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda laborant, baş müəllim, dosent vəzifələrində çalışmış, bu müddətdə ixtisası üzrə dissertasiya işi müdafiə edərək biologiya elmləri namizədi elmi dərəcəsi almışdır.
1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Aslan Aslanov Şəmkir rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş və 2005-ci ilə qədər bu vəzifədə çalışmışdır. O, bu illər ərzində rəhbərlik etdiyi rayonun sosial-iqtisadi inkişafında əlindən gələni əsirgəməmişdir.
Aslan Aslanov 2005-2013-cü illərdə kənd təsərrüfatı nazirinin müavini vəzifəsində işləmiş, respublikamızda aqrar sahənin inkişafına özünün çoxillik iş təcrübəsi ilə töhfələr vermişdir.
Aslan Aslanov 1990-cı illərin əvvəllərində ölkədə mövcud olan mürəkkəb ictimai-siyasi proseslərə münasibətdə əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir. Aslan Aslanovu ictimaiyyətə daha yaxından tanıdan cəhətlərdən biri də onun həmin dövrdə bir vətəndaş olaraq Azərbaycanın üzləşdiyi ciddi problemlərə görə narahatlıq keçirməsi və problemlərdən qurtulmaq üçün Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıtması uğrunda aparılan mübarizəyə qoşulması idi. O zaman respublikamızın bir çox vətənpərvər ziyalısı kimi, Aslan Aslanov da Vətənin düşdüyü çətin durumdan yeganə xilas yolunu Ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlməsində görürdü. 1993-cü ilin iyun ayında Ulu öndərimiz xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkəmizin milyonlarla vətəndaşı kimi, Aslan Aslanov da Heydər Əliyevin siyasətini birmənalı olaraq dəstəkləmişdir. Aslan Aslanov həyat və fəaliyyəti dövründə hər zaman Ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalmış, bu ideyaların təbliğində və həyata keçirilməsində fəal iştirak etmişdir.
Azərbaycan dövləti tərəfindən Gürcüstanda yaşayan soydaşlarımızın həyatı, tarix və mədəniyyətimizlə bağlı tədbirlərin uğurla həyata keçirilməsində də Aslan Aslanovun özünəməxsus rolu olmuşdur. O, Gürcüstan Respublikasının yerli hakimiyyət nümayəndələri ilə uğurla əməkdaşlıq əlaqələri quraraq qonşu ölkədə yaşayan azərbaycanlıların sosial qayğılarının aradan qaldırılması, təhsil problemlərinin həlli, Gürcüstanda yaşamış ədiblərimizə və ictimai xadimlərimizə abidələrin qoyulması, azərbaycanlıların inteqrasiyasının dərinləşməsi kimi bir çox məsələlərdə mühüm işlər görmüşdür. Onun bu istiqamətdə fəaliyyəti yüksək qiymətləndirilmiş və Aslan Aslanov Gürcüstan Respublikasının “Sədaqət” ordeni ilə təltif edilmişdir.
O, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü kimi respublikamızın ictimai-siyasi həyatında aktiv iştirak etmişdir. Məhz bu fəallığına görə 2017-ci ilin noyabr ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Aslan Aslanovun xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaq.
Allah rəhmət eləsin!
Yeni Azərbaycan Partiyası
Xəbər lenti
Hamısına baxAnalitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33

