/ / Dünyanın 37 ölkəsindən 140 gəncin qatıldığı Diaspor Gənclərinin I Yay düşərgəsinin rəsmi açılış mərasimi keçirilib
Dünyanın 37 ölkəsindən 140 gəncin qatıldığı Diaspor Gənclərinin I Yay düşərgəsinin rəsmi açılış mərasimi keçirilib
25.08.2018 [09:35]
Avqustun 24-də Şəki şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay düşərgəsinin rəsmi açılış mərasimi olub.
“Marxal” müalicə-istirahət kompleksinin Yay teatrında keçirilən tədbirə Gənclər və İdman Nazirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Şəki Şəhər İcra Hakimiyyətinin, Gənclər Fondunun rəsmiləri, Milli Məclisin deputatları və digər qurumların nümayəndələri qatılıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimindən əvvəl düşərgə iştirakçıları Ümummilli lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər.
Mərasimdə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının birgə təşəbbüsü ilə həyata keçirilən Diaspor Gənclərinin I Yay düşərgəsinin mühüm əhəmiyyətə malik bir tədbir olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, düşərgənin məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan gəncləri Azərbaycanın milli-mədəni irsi ilə yaxından tanış etmək, ölkəmizin maraqlarının birgə müdafiəsinə nail olmaqdır.
İcra Hakimiyyətinin başçısı qeyd edib ki, hər bir xalqın, millətin ən böyük sərvəti onun müstəqil dövlətinin olmasıdır. 1918-ci il mayın 28-də yaranan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman aləmində ilk demokratik respublika idi. Azərbaycan xalqı və dövləti bu cümhuriyyəti yaradanların xatirəsinə həmişə böyük hörmətlə yanaşır. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikamızda dövlət səviyyəsində geniş qeyd olunur. Dövlətimizin başçısının digər Sərəncamı ilə isə 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib.
Son illər ölkəmizdə ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində böyük nailiyyətlərin əldə olunduğunu vurğulayan Elxan Usubov Azərbaycanın əldə etdiyi uğurların dünyada təbliğ edilməsində diaspor gənclərinin də üzərinə böyük vəzifənin düşdüyünü bildirib.
Düşərgə iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycanın ən qədim və gözəl şəhərlərindən biri olan Şəkinin 2700 ildən çox yaşı var. Şəkidə dövlət mühafizəsinə götürülmüş 84 tarixi və memarlıq abidəsi mövcuddur. Şəki xanlarının sarayı, Kiş kəndindəki qədim alban məbədi dünya əhəmiyyətli memarlıq abidələridir. Şəki şəhəri UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib.
Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış edib. “Azərbaycan Prezidentinin qurum qarşısında qoyduğu əsas vəzifə ondan ibarətdir ki, dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq, heç bir azərbaycanlı diqqətdən kənarda qalmasın”, - deyən Komitə sədri bildirib ki, bugünkü tədbir əslində bu işlərin praktiki həyata keçirilməsini göstərir.
Fuad Muradov deyib: “Ulu öndər Heydər Əliyev hər zaman deyirdi ki, gənclər bizim gələcəyimizdir. Gənclər gələcəyimizin təminatıdır. Bu sözlər bu gün artıq reallığa çevrilir. Azərbaycanı təmsil etmək çox şərəfli bir işdir. Bu gün Azərbaycanda həyata keçirilən islahatlar artıq bizə imkan verir ki, harada yaşamağımızdan asılı olmayaraq, fərəhlə və çox böyük qürur hissi ilə deyə bilək ki, Azərbaycanın inkişafında bizim də əməyimiz var. Bu əməllər son nəticədə müstəqilliyimizi əbədi edəcək, dövlətçiliyimizi möhkəmləndirəcək. Bu gün həyata keçirilən siyasətin əsas istiqaməti Azərbaycan gənclərinin yaxşı təşkilatlanması, Azərbaycan reallıqlarının dünyaya çatdırılmasıdır”.
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda dövlət gənclər siyasətinin Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu, hazırda bu siyasətin dövlətimizin başçısı tərəfindən uğurla davam etdirildiyini bildirib. Dövlətin gənclərlə bağlı siyasətində yeni mərhələnin başlandığını vurğulayan nazir qeyd edib ki, Prezident İlham Əliyevin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası şübhəsiz, gənclərin ictimai fəallığının artmasına, intellektual, fiziki və mənəvi inkişafına öz töhfəsini verəcək. Strategiyanın məqsədi Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır.
Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Bu gün həqiqətən də çox gözəl bir tədbir keçirilir. Azərbaycanın dilbər guşəsi olan Şəkidə, bu tarixi məkanda, bu gözəlliklər yurdunda belə bir tədbirin təşkil olunması, gənclərimizin Avropadan, Asiyadan, ABŞ-dan, Şərqdən gələn gənclərlə bir yerdə olması həqiqətən də təqdirəlayiqdir. Bunu ancaq alqışlamaq olar. Bu tədbirlər uğurla davam etdirilməlidir, qonaqlarımız təkcə Şəkini yox, Azərbaycanın bütün dilbər guşələrini tanımalıdırlar”.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov isə çıxışında gəncliyin önəminə toxunub: “Bütün dünyada olduğu kimi, Azərbaycanda da gənclər yeniliklər etmək, inkişafa töhfə vermək qüdrətinə malikdirlər. Dövlət qurumlarının üzərinə düşən əsas vəzifə gənclər üçün bu potensialı reallaşdırmağa şərait yaratmaqdır. Bu gün Azərbaycan xalqı da, dövləti də gəncləri ilə fəxr edə bilər. Çünki gənclərimiz yüksək səviyyəli mütəxəssislər kimi iqtisadiyyatımıza töhfə verirlər, beynəlxalq idman yarışlarında üçrəngli Azərbaycan bayrağını qaldırır, himnimizi səsləndirir, ən əsası da ölkəmizin ərazi bütövlüyünün bərpası, sərhədlərimizin toxunulmazlığı və işğal altındakı torpaqlarımızın düşməndən azad olunması uğrunda yüksək fədakarlıq nümayiş etdirirlər”.
Açılış mərasimində Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, akademik, Milli Məclisin deputatı Yaqub Mahmudov belə bir möhtəşəm tədbiri keçirmək üçün qədim Şəki diyarını seçdiklərinə görə təşkilatçılara minnətdarlığını bildirib. Akademik vurğulayıb ki, diaspor gənclərinin bir araya toplanması Dövlət Komitəsinin fəaliyyətində yeni bir mərhələnin başlandığını sübut edir.
Çıxışlardan sonra bədii proqram nümayiş olunub.
Diaspor Gənclərinin I Yay düşərgəsində dünyanın 37 ölkəsindən 140 gənc iştirak edir.
Xəbər lenti
Hamısına baxAnalitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33

