Dövlət aztəminatlı ailələrin əsas dayağıdır
23.12.2009 [09:19]
ölkəmizdə əhalinin sosial müdafiəsinin təşkili iqtisadi inkişafın əsas məqsədi kimi müəyyən olunub və bu siyasət artıq bir neçə ildir ki, Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilir. Nəticədə ölkəmizin aztəminatlı təbəqəsinə dövlət qayğısı ilbəil artır. Artıq bu bir həqiqətdir ki, dövlət bütün aztəminatlı ailələrin - çoxuşaqlıların, pensiyaçıların, tənha və ahılların, əlillərin, müharibə veteranları və şəhid ailələrinin əsas dayağıdır.
Aztəminatlı təbəqənin əsas hissəsini pensiyaçılar təşkil edir. Əmək pensiyası alan təbəqə, o cümlədən, hazırda ölkəmizdə fiziki qüsuruna görə əmək pensiyası alan 311 min nəfər insan bu qayğı ilə təmin edilib.
Noyabrın 1-nə olan statistikaya əsasən, Azərbaycanda əmək pensiyası alan 1.298.850 nəfərin 23,9 faizi (311 min nəfəri) əlilliyə görə əmək pensiyası alanlardır. Onlardan 7,2 faizi (22,4 min nəfəri) I qrup, 83,7 faizi (260,3 min nəfəri) II qrup, 9,1 faizi (28,3 min nəfəri) III qrup əlillərdir. I qrup gözdən əlillərin sayı isə 7580 nəfər təşkil edir. Əlilliyə görə əmək pensiyası alan vətəndaşların 3,9 faizi müharibə əlilləri, 95,5 faizi ümumi səbəbdən əlillər, 0,6 faizi isə dövlət qulluqçularıdır.
Dövlətin ölkə əhalisinin rifah halını yaxşılaşdırmaq istiqamətində atdığı addımların əsas hissəsini sosial tədbirlər təşkil edir. Belə tədbirlər həm də tənha və ahıl insanlara yönəlib.
ölkəmizdə 14654 nəfər tək ahıl vətəndaşa və əlilə rayon və şəhər Əhalinin Sosial Müdafiə mərkəzlərinin sosial-məişət sektorları tərəfindən evlərində sosial-məişət xidməti göstərilir. Bu xidmət “Ahıllara sosial xidmət haqqında” Qanuna, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası tərəfindən təsdiq olunmuş və ölkənin aidiyyəti orqanları ilə razılaşdırılmış Təlimata uyğun həyata keçirilir. Evlərində tək yaşayan və yaşadığı rayonda və ya şəhərdə qanunla onları saxlamağa borclu övladları və ya valideynləri olmayan 70 yaşına çatmış tək ahıl vətəndaşlar və 1-ci qrup əlillər, başqasının köməyinə ehtiyacı olan 2-ci qrup əlillər Həkim Məsləhət Komissiyasının və ya Tibbi Sosial Ekspert Komissiyasının rəyinə əsasən xidmətə götürülürlər. Qeyd edək ki, yoluxucu və ya ağır formalı ruhi xəstəliyi olan tək ahıl vətəndaşlar və əlillər istisna təşkil edir.
Aztəminatlı ailələr üçün əsas kömək ünvanlı sosial yardım sistemidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq üç ildən çoxdur ki, uğurla icra olunan bu sistem sosial siyasətdə ədalətlilik prinsipinin göstəricisidir. Məlum olduğu kimi, əvvəllər mövcud olmuş sosial yardım sistemi ancaq müavinət və kompensasiyalardan ibarət olmaqla kateqoriyalar üzrə müəyyən edilirdi. Müavinətlərin birbaşa yoxsullara ünvanlanması mexanizmi mövcud deyildi və bu da sosial ədalətsizliyə gətirib çıxarırdı. Hazırda 148127 min ailə dövlətdən ünvanlı sosial yardım alır və dövlətin bu yardımları yoxsul ailələrin rifahına öz müsbət təsirini göstərir. Bu yardımlar aztəminatlı ailələrin yaşayışında mühüm rol oynayır. Rəqəmlər göstərir ki, yardım alanlar arasında yoxsulluq səviyyəsi son üç il ərzində 20 faizə qədər azalıb.
Hazırda bir ailəyə düşən ünvanlı sosial yardımın orta aylıq məbləği 102,22 manatdır. Azərbaycan Prezidentinin 23 fevral 2003-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nda həmin qrupların daha səmərəli müdafiəsi üçün mövcud sosial müdafiə sistemində müvafiq islahatların həyata keçirilməsi Azərbaycan hökumətinin yoxsulluğun azaldılması üzrə strategiyasının başlıca məqsədlərindən biri kimi müəyyən olunub.
Dövlət qayğısının ən bariz nümunəsi isə ehtiyac meyarının tədricən yaşayış minimumuna yaxınlaşdırılması ilə bağlı mütəmadi verilən qərarlardır. Bu faktor dövlətin sosial siyasətinin əsas məqsədlərindən biridir və bu istiqamətdə mühüm addımlar atılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 noyabr 2008-ci il tarixli Sərəncamına əsasən, ölkəmizdə ehtiyac meyarının məbləğinin 2009-cu il yanvar ayının 1-dən 60 manat məbləğində təsdiq olunması qeyd olunan sahədə növbəti irəliləyişdir. Məlumat üçün bildirək ki, 2006-cı ildə ölkəmizdə ehtiyac meyarının məbləği 30 manat idi və bu məbləğ yaşayış minimumunun 51,7 faizini təşkil edirdi. Hazırda isə ehtiyac meyarının məbləği 60 manatdır və onun yaşayış minimumuna nisbəti 71,4 faizdir.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

