/ / BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin hazırlanması məsələləri müzakirə olunub
BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin hazırlanması məsələləri müzakirə olunub
15.01.2020 [09:18]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin hazırlanması üzrə qrup rəhbəri, beynəlxalq məsləhətçi Piter Midlbruk ilə görüş olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Qulam İsakzai, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti və BMT-nin Azərbaycandakı nümayəndəliyinin müşaviri Şəms Mustafayeva iştirak ediblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ötən dövrdə BMT-nin İnkişaf Proqramı və Əhali Fondu, BMT-nin Uşaq Fondu, Beynəlxalq Əmək Təşkilatı ilə nazirliyin geniş əməkdaşlıq gündəliyinin formalaşdığını, birgə icra olunan proqram və layihələri, əldə olunan müsbət nəticələri qeyd edərək BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, Konvensiyaları və Paktlarının icrası sahəsində ölkəmizin uğurlu təcrübəsini diqqətə çatdırıb. Prezident İlham Əliyevin sosial islahatlar proqramının uğurlarından bəhs edən S.Babayev ölkəmizdə vətəndaş rifahının təminatı sahəsində atılan mühüm addımlar, həssas qrupların hərtərəfli sosial dəstəklə təmin edilməsi üçün icra olunan proqramlar barədə məlumat verib. Dövlət sosial xidmətlərinin innovativ mexanizmlər üzərində keyfiyyətinin yüksəldilməsi üçün reallaşdırılan islahatları və uğurla həyata keçirilən DOST konsepsiyasını diqqətə çatdırıb.
İslahatların geniş miqyas almasının BMT qurumları ilə əməkdaşlığın getdikcə genişlənməsinə səbəb olduğunu deyən S.Babayev BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin hazırlanması ilə əlaqədar nazirlik üçün prioritetləri qeyd edib. Bildirib ki, həmin prioritetlər sırasına əhalinin həssas qrupların əmək bazarına inteqrasiyasının sürətləndirilməsi və məşğulluq imkanlarının genişləndirilməsi, aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması məqsədilə proqramların həyata keçirilməsi, işçi qüvvəsinin sertifikasiyası sisteminin qurulması, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, onların peşə-əmək bazarına inteqrasiyası və s. daxildir.
P.Midlbruk, Q.İsakzai və A.Frakassetti Azərbaycanda innovasiya və məşğulluğun inkişafı, sosial cəhətdən həssas qrupların hüquqlarının və rifahının təmin olunması, onlar üçün inklüziv, layiqli iş yerlərinin yaradılması, demoqrafiya, yaşlıların rifahının təşviqi, institusional potensialın artırılması, mütərəqqi beynəlxalq təcrübələrin öyrənilməsi və digər istiqamətlərdə nazirliklə müsbət iş təcrübəsindən bəhs ediblər.
Görüşdə BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin hazırlanması məsələləri, sənəddə sosial sahə ilə bağlı əksini tapacaq prioritetlər müzakirə olunub.
Xəbər lenti
Hamısına baxSosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10

