/ / Vətəndaş cəmiyyəti institutları koronavirus pandemiyasına qarşı mübarizədə dövlət tərəfindən görülən tədbirləri razılıqla qarşılayır
Vətəndaş cəmiyyəti institutları koronavirus pandemiyasına qarşı mübarizədə dövlət tərəfindən görülən tədbirləri razılıqla qarşılayır
21.04.2020 [11:49]
“Müvəkkil” Hüquq Mərkəzinin sədri Səməd Vəkilov: Siyasi və ictimai həyatda dialoq platformasının irəli sürülməsini çox müsbət hadisə kimi qiymətləndirirəm
Məlum olduğu kimi, Azərbaycan dövləti yeni növ koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması, habelə əhalinin sağlamlığının qorunması və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədəki çıxışı zamanı dövlət başçısı pandemiya dövründə ölkədə həyata keçirilən tədbirlərin əhəmiyyətindən ətraflı bəhs edib. Prezident İlham Əliyev çıxışında, həmçinin ölkədə bütün sahələrdə həyata keçirilən islahatlara, o cümlədən siyasi islahatlara və bunun davamı olan siyasi dialoq təşəbbüsünə də toxunub.
Bu məqamda qeyd etmək yerinə düşər ki, pandemiya dövründə Azərbaycan dövləti tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər və irəli sürülən bütün təşəbbüslər cəmiyyətin bütün təbəqələri, o cümlədən qeyri-hökumət təşkilatları (QHT) - vətəndaş cəmiyyəti institutları tərəfindən təqdir olunur.
Ümumdünya Səhiyyə Təşkilatının sədri Azərbaycanda görülən tədbirləri bütün dünya ölkələrinə örnək kimi göstərib
Öz növbəsində, atılan addımlara münasibət bildirən “Müvəkkil” Hüquq Mərkəzinin sədri Səməd Vəkilov “Yeni Azərbaycan” qəzetinə açıqlamasında “Xüsusilə onu qeyd etmək lazımdır ki, pandemiyanın başladığı ilk dövrlərdən bəzi ölkələrdə belə bir epidemiyanın mövcudluğu etiraf olunmurdu. Azərbaycan dövləti isə bu infeksiyanın ölkə ərazisinə keçməsini tez bir zamanda elan etdi. Təbii ki, dərhal tədbirlər görülməyə başlandı. Bu tədbirlər arasında ilkin olaraq dövlət başçısının birbaşa göstərişi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılmasını, ölkədə xüsusi karantin rejiminin elan olunmasını qeyd etmək olar. Operativ Qərargahın ölkədə həyata keçirilən tədbirlərin görülməsi ilə bağlı gündəlik olaraq əhaliyə məlumat verməsini də müsbət qiymətləndirmək lazımdır”,- deyə bildirib.
QHT sədri deyib ki, təbii olaraq bütün dünya qarşısında belə bir təhlükənin birdən-birə baş qaldırması səbəbindən ona tam nəzarət etmək, sosial izolyasiyanın təmin olunması yolu ilə yoluxmanın qarşısını almaq və əhalinin sosial problemlərini həll etmək istiqamətində tədbirləri nöqsansız icra etmək o qədər də asan deyil: “Ona görə də pandemiyaya qarşı mübarizədə dünya ölkələrində ciddi nöqsanlara yol verilib”,-deyən S.Vəkilov Azərbaycanda dövlət tərəfindən atılan addımların əhəmiyyətinə toxunub, Ümumdünya Səhiyyə Təşkilatının sədrinin bir neçə dəfə açıqlama verərək Azərbaycanda görülən tədbirləri müsbət qiymətləndirdiyini və bütün dünya ölkələrinə örnək kimi göstərdiyini xatırladıb.
Cənab Prezidentin siyasi dialoq barədə çağırışları vətəndaş cəmiyyəti institutları tərəfindən yüksək qiymətləndirilməlidir
Dövlət başçısının çıxışında siyasi dialoqla bağlı çağırışına, eyni zamanda, hakimiyyətin siyasi dialoq və milli həmrəyliyə nail olunmasında maraqlı olduğunu nümayiş etdirməsinə də münasibət bildirən Səməd Vəkilovun sözlərinə görə, ölkə başçısının siyasi dialoq barədə çağırışları vətəndaş cəmiyyəti institutları tərəfindən yüksək qiymətləndirilməlidir. Yeni dialoq mühitinin yaranmasında vətəndaş cəmiyyəti institutlarının rolunun vacibliyini vurğulayan S.Vəkilovun sözlərinə görə, bu təşəbbüsün irəli sürülməsi müsbət hadisədir: “Zatən vətəndaş cəmiyyəti institutları hökumətlə cəmiyyət arasında vasitəçilik, körpü rolu oynayan qurumlardır. Ona görə də irəli sürülən bu təşəbbüs bizim fəaliyyət dairəmizin daha da genişlənməsinə şərait yaradır. Məhz bu səbəbdən siyasi və ictimai həyatda dialoq platformasının irəli sürülməsini çox müsbət hadisə kimi qiymətləndirirəm”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50

