/ / Koronavirus pandemiyasına qarşı dövlətin gördüyü təxirəsalınmaz tədbirlər qeyri-hökumət təşkilatları tərəfindən də müsbət qiymətləndirilir
Koronavirus pandemiyasına qarşı dövlətin gördüyü təxirəsalınmaz tədbirlər qeyri-hökumət təşkilatları tərəfindən də müsbət qiymətləndirilir
22.04.2020 [10:11]
Azərbaycan-Britaniya Məzunları İctimai Birliyinin İdarə Heyətinin sədri Etibar Hüseynov: Tətbiq olunan xüsusi karantin rejimi koronavirusun insanlar arasında sürətlə yayılmasının qarşısını almaqda kifayət qədər yardımçı oldu
Bütün dünyanı təhdid edən koronavirus pandemiyasının (COVID-19) ilk dövrlərindən Azərbaycan dövləti bu təhlükənin qarşısını almaq üçün ciddi tədbirlər görüb. Belə ki, əvvəlcə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı, təlim-tədris müəssisələrinin fəaliyyəti dayandırıldı, Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində səhiyyə sahəsində bir sıra təxirəsalınmaz addımlar atıldı, xəstəxanalar ayrıldı və laboratoriyalar quruldu, ölkədə xüsusi karantin rejimi elan olundu, əhalinin sosial izolyasiyası ilə yanaşı, sosial-iqtisadi dəstək tədbirləri həyata keçirildi. Bunun nəticəsidir ki, dünyanın bir sıra inkişaf etmiş ölkələri ilə müqayisədə Azərbaycanda daha ciddi uğurlar əldə olunub və yayılmanın təhlükəli həddə çatmasının qarşısı alınıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədəki çıxışı zamanı da dövlət başçısı ölkədə görülən tədbirlərdən söhbət açaraq vətəndaşların sağlamlığının, təhlükəsizliyinin təmin olunmasının Azərbaycan dövlətinin ümdə vəzifələrindən biri olduğunu deyib.
Təsadüfi deyil ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son dövrlərdə atılan və bütün ölkə əhalisi tərəfindən məmnunluqla qarşılanan addımları qeyri-hökumət təşkilatları (QHT) da təqdir edir.
Öz növbəsində, Azərbaycan-Britaniya Məzunları İctimai Birliyinin İdarə Heyətinin sədri Etibar Hüseynov “Yeni Azərbaycan” qəzetinə açıqlaması zamanı dövlətin bu təhlükənin qarşısının alınması, habelə pandemiya dövründə əhalinin sağlamlığının qorunması üçün və sosial-iqtisadi məsələlərlə bağlı gördüyü işlərə münasibət bildirərkən deyib ki, hazırda dünyanın əksər ölkələrində qeydə alınmış koronavirus pandemiyasının insanların sağlamlığına ciddi təhdid yaratmaqla yanaşı, dünya iqtisadiyyatına da mənfi təsir göstərməsi dövlətləri preventiv tədbirlərin sayını artırmağa və əhatə dairəsini genişləndirməyə vadar edir: “Azərbaycan Respublikasında da koronavirusun yayılmasının qarşısının alınması ilə əlaqədar olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı və proseslərin əlaqəli şəkildə izlənilməsinə başlandı. Hesab edirəm ki, dövlət tərəfindən tətbiq olunan xüsusi karantin rejimi koronavirusun insanlar arasında sürətlə yayılmasının qarşısını almaqda kifayət qədər yardımçı oldu”.
Etibar Hüseynovun sözlərinə görə, ölkəmiz üçün bu çətin dövrdə cəmiyyətin birlik və həmrəylik nümayiş etdirməsini, xüsusilə tibb işçilərinin zəhmətini qiymətləndirməmək olmur: “Sosial izolyasiya dövründə tibb müəssisələrində müalicə alan, habelə karantində olan vətəndaşlara xidmət sahəsində böyük əmək sərf etmiş Azərbaycan həkimlərinə təşəkkür edirik. Ümid edir və inanırıq ki, bu pandemiya tezliklə öz gücünü itirəcək və ölkəmizdə həyat axarına düşəcək. Biz isə bu çətin günlərdə nümayiş etdirilən həmrəyliyimizi həmişə xatırlayacağıq”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11

