Hər bir şəxs sanitar-gigiyenik qaydalara və müvafiq tələblərə ciddi riayət etməlidir
03.06.2020 [08:35]
Ekspertlərin fikrincə, hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışları və məsələyə məsuliyyətlə yanaşmalarından asılıdır
Məlum olduğu kimi, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə bağlı ilkin hallar üzə çıxdığı andan etibarən ölkəmizdə atılan addımlar, reallaşdırılan sosial izolyasiya tədbirləri öz nəticəsini verdi. Belə ki, xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirildi, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə oldu, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı isə yeni yoluxma hallarının sayını kəskin üstələdi. Lakin xüsusi karantin rejiminin yumşaldılmasının ardından ölkəmizdə bu infeksiyaya yoluxma halları yenidən artıb.
Bunun da başlıca səbəbi vətəndaşların məsələyə, necə deyərlər, loyal yanaşmasındadır. Daha doğrusu, əksər ekspertlərin vurğuladıqları kimi, hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayət etməsindən birbaşa asılıdır. Belə ki, ictimai yerlərdə, iaşə obyektlərində xəstəlikdən qorunmaq üçün qaydalar işlənilib hazırlanıb və istər həmin obyektlərin sahibləri, istərsə də vətəndaşlar bu qaydalara mütləq şəkildə riayət etməlidir. Bundan başqa, hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün movcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir. Əks halda, qaydaları pozan vətəndaşları ciddi cərimələr gözləyir.
Sözügedən məqamlara toxunan Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, xüsusi karantin rejiminin yumşaldılmasının ardından vətəndaşların tibbi maskalardan istifadə etməməsi halları çoxalıb. Millət vəkili qeyd edib ki, pandemiya bitməyib və vətəndaşlarımız hətta karantin rejimi yumşaldılsa belə, özlərini qorumaq üçün mütləq bir sıra məsələlərdə ehtiyatlı olmalı, karantin rejimi dövründə virusla mübarizə üçün tətbiq olunan qaydalara mütləq əməl etməlidirlər: “Hər kəs tibbi maskadan istifadə etməli, vacib olmadığı təqdirdə, evdən çıxmamalı, sanitar-gigiyenik tələbləri yerinə yetirməlidir. Bu, bir növ, bizim həyat tərzimizə çevrilməlidir. Əks halda, pandemiyanın miqyasının böyüməsinə şərait yaratmış olarıq. Təbii ki, bəzi hallarda vətəndaşları bu tələbləri pozduğuna görə cərimələr də gözləyir. Ümumiyyətlə, dünyanın bütün ölkələrində tətbiq olunan qaydaların pozulmasına qarşı tədbirlər həyata keçirilir. Azərbaycanda da epidemiya əleyhinə müəyyən edilən tələblərin pozulmasına görə müəyyən cərimələr tətbiq olunur. Qeyd edim ki, Milli Məclisin iyunun 2-də keçirilən növbədənkənar plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun qəbul olundu. Sənəd pandemiya dövründə sanitar-gigiyena qaydalarının tələblərinin pozulmasına görə inzibati tənbeh hallarını müəyyən edir və bu dövrdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələri müəyyənləşdirir”.
Millət vəkili əlavə edib ki, insanlarımız qoyulan tələblərə riayət etməklə, ilk növbədə, özlərinin və ailələrinin, ümumilikdə isə, bütün vətəndaşların sağlamlıqlarını qorumuş olacaqlar.
Azərbaycanın Baş infeksionisti Cəlal İsayev də müəyyən edilmiş yerlərdə tibbi maskanın istifadə edilməməsinə görə cərimənin tətbiqi zərurətinin insanların üzərlərinə düşən sosial məsuliyyəti dərk etmədiklərindən yarandığını deyib. Onun sözlərinə görə, ayrı-ayrı ölkələrdə koronavirusun yayılmasının qarşısının alınmasına yönələn qaydaların pozulmasına, xüsusilə fərdi qoruyucu vasitələrdən istifadə etməməyə görə yüksək məbləğdə cərimələr, hətta həbs cəzası da tətbiq olunur. Artıq Azərbaycanda da epidemiya əleyhinə müəyyən edilən tələblərin pozulmasına görə cərimələr müəyyənləşdirilib. İnsanların bir çoxunun maska taxmaması nəticəsində ölkəmizdə 3 rəqəmli yoluxma hallarının qeydə alınmağa başladığını deyən C. İsayev bildirib: “Azərbaycanda artıq gün ərzində 200-dən çox yoluxma halı qeydə alınır. Pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVİD-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda, bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25

