Analar “Mən anayam!” desinlər
13.06.2020 [09:48]
Nurlana ƏLİYEVA
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Qadınlar
Şurasının sədri, Bakı Slavyan
Universitetinin rektoru, filologiya elmləri doktoru, professor
Pandemiya ilə mübarizə təkcə dövlətin vəzifəsi deyil. Bu mübarizədə hər bir vətəndaş iştirak etməlidir. Yoxsa onun yayılmasının qarşısını almaq çətinləşər. Bu isə dövlətə, dövlətçiliyə zərərdir. Həm insan resursları baxımından, həm də iqtisadi baxımdan. Xarici dövlətlərdə baş verənləri xatırlasaq, bu virusun reallığına zərrəcə şübhə qalmaz.
Pandemiya ilə mübarizə Azərbaycanda olduqca ciddi aparılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qəbul etdiyi qərarlar bilavasitə insan amilini əhatələyir, dövlətin ən ali vəzifəsi kimi.
Respublikamızda karantin qaydalarının nizamlanmasına şəraitə müvafiq olaraq olduqca həssas yanaşılır. Operativ Qərargah bütün amilləri istər ayrılıqda, istərsə də vəhdətdə nəzərə alır ki, bu da pandemiyanın yayılma mexanizminin nəzarətdə saxlanılması deməkdir.
Karantin qaydalarına ən əvvəl vətəndaşlar ciddi əməl etməlidir, yəni, belə miqyaslı, belə mahiyyətli mübarizə “mən” amili üzərində qurulmalıdır və qurulub. Tövsiyələr elmi baxımdan əsaslandırılmış tövsiyələrdir. Burada dünya təcrübəsinin elementlərindən də bəhrələnir. Müxtəlif informasiyalar təsdiq edir ki, pandemiyaya qarşı mübarizədə neçə-neçə dövlət Azərbaycan modelindən bəhrələnir. Respublikamızda qısa müddətdə yaradılan səyyar mobil xəstəxanalar ən etibarlı qabaqlayıcı tədbirlərdəndir. Bunları hər bir vətəndaş bilir: Dövlətimizin başçısı İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva başda olmaqla bütün dövlət strukturları, səhiyyə işçiləri, ümumiyyətlə, hər bir vəzifəli, səlahiyyətli şəxs vətəndaşları pandemiyadan kifayət qədər ciddi şəkildə qoruyur, bu mübarizədə böyük fədakarlıqlar göstərirlər.
Bəs vətəndaşlar? Vətəndaşlar dövləti, cəmiyyəti bu səviyyədə ciddiyyətlə qoruyurmu?
Təəssüflər olsun ki, yox. Niyə? Təkcə məsuliyyətsizlikdirmi? Yenə yox. Məsuliyyətsizlik fəaliyyətlə bağlıdır. Bəs, tərbiyə prosesində yol verilmiş məsuliyyətsizlik? Belə məsuliyyətsizlik öz mənfi, bəzən dağıdıcı təsirini illər sonra göstərir.
Bu günlərdə pandemiya ilə mübarizə istiqamətində qəbul edilmiş qərarlara əməl edilməməsi də məsuliyyətsizlikdir. Bu məsuliyyətsizliyin seyrcisi olmaq da, məsuliyyətsizlik edənləri çəkindirməmək də. Bunlarla təkcə polislərmi mübarizə aparmalıdır? Yetərli olacaqmı? Belə mübarizə tamlığı təmin edə bilərmi?
Azərbaycan polisi vəzifə borcunu layiqincə yerinə yetirir. Polis həm ictimai asayişə nəzarət edir, həm ictimai sabitliyin cəfakeşidir, həm vətəndaşları qoruyur, həm də dövlətin pandemiya kimi təhlükəyə qarşı gördüyü tədbirlərin yerinə yetirilməsinə ciddi nəzarət edir. Bəs vətəndaşlar? Vətəndaşlar polislərin əziyyətinin yüngülləşdirilməsinin iştirakçısı ola bilməzmi? Bu sual ictimaiyyətə ünvanlanıb. El arasında deyildiyi kimi, qoy hərə öz yükünü götürsün.
Belə bir şəraitdə anaların üzərinə olduqca ciddi vəzifələr düşür.
Polis kiçik miqyaslı da olsa qələbəlik, tünlük görəndə qələbəliyi, tünlüyü yaradanlarla maarifləndirici söhbətlər aparırsa, müəyyən mənada, belə tünlüyün cəmiyyəti hansı təhlükələrlə üzləşdirə biləcəyini xatırladırsa,... vətəndaşlar bunu alqışlamalıdır, özləri də bu gərəkli təbliğatın qeyri-rəsmi iştirakçısı olmalıdır. Beləmi olur? Yox, bəzən bunun əksi baş verir. Məsuliyyətsizlər, dövlətimizin apardığı daxili siyasətə, “ağız büzənlər”, ona qara yaxmağa meyillənənlər də olur. Bir bədii filmdə deyildiyi kimi, “kimdi müqəssir, kimdi günahkar? Təkcə küfr danışan, küfr düşünənmi? Yenə yox. Küfr düşünənin vətəndaş olaraq formalaşmasında məsuliyyətsizlik edənlər də günahkardır.
Mən anayam. İstənilən hadisəyə, informasiyaya ana münasibətim olur. Yasamal rayonu ərazisində baş verənlərə görə təkcə o aksiyanın iştirakçılarını deyil, onların analarını da qınayıram. Qoy, o analar düşünsünlər: mənim övladım niyə belə vətəndaşdır? Polisinin gördüyü vacib işə özünün dar dünyagörüşünün pəncərəsindən baxan övladlarının tərbiyəsində nələri səhv edib? Belə səhvləri düzəltmək mümkündür. Analar sabitliyimizin keşiyində dayanan polislərimizə daş atmağın ağırlığını, başucalığı gətirməyən addım olduğunu gələcəyimiz olan gənclərə düzgün aşılamalıdırlar.
Polislər də vətəndaşdır. Unutmayaq ki, onlar da bir ananın övladlarıdır. Gecəli-gündüzlü dövlətçiliyimizin keşiyində dayanan bu insanların əməyini dəyərləndirmək hər birimizin vətəndaşlıq borcu deyilmi?
Pandemiyaya qarşı dövlət səviyyəsində mübarizə başlayandan polislərimizin çəkdiyi əziyyətləri görməmək günahdır. Görüb də, dərk edib də onlara qarşı az qala döyüş ruhuyla münasibət göstərmək, yumşaq desək, özünü, öz vətəndaşlığını inkar deməkdir. Analar övladlarının belə bir psixoloji gərginliyə düçar olmaması üçün zaman anlamında dünən unutduqlarının bu gün yerinə yetirsinlər...
Mən pedaqoqam. Polisimizə daş atanların müəllimlərini də qınayıram. Onlar zamanında şagirdlərinə milli-mənəvi dəyərlərimizdən kifayət qədər geniş danışmayıblar. İndi susmasınlar. İndi sosial şəbəkələrdə rast gəlinən qeyri-obyektiv informasiyalara, məqsədyönlü mövqelərə münasibət bildirsinlər. Polisə daş atanları qınamaqla, keçmiş şagirdlərinin dünyagörüşündə polisə, deməli, polisin icra etdiyi vəzifələrə, bu baxımdan, dövlətçiliyə rəğbəti bərpa etsinlər.
Mən anayam. Belə hadisələrə ana münasibəti daha önəmli, daha vacibdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqımıza müraciətində əksini tapan bu fikirlər böyüklərimizə hörmətlə yanaşı, bir ananın gənclərimizə, övladlarımıza çağırışıdır: “Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! Qəlbimin dərinliklərindən gələn və hər birinizə ünvanlanan bu sözlərimi eşidib məni anlayacağınıza ümid edirəm!” söyləyən Mehriban xanım Əliyeva pandemiyaya qarşı mübarizədə hər kəsin rolunu yüksək dəyərləndirir, birliyin, həmrəyliyin uğurlara böyük yol açdığını xüsusi qeyd edir. Sağlamlığımızın təminatçısı olan həkimlərlə yanaşı, sabitliyin keşiyində dayanan polislərimiz bu mübarizədə böyük məsuliyyət daşıyan qüvvə kimi önə çəkilir.
Ailənin kiçik dövlət olduğunu nəzərə alsaq, hər bir ana öz övladını sabahımız üçün əsl vətənpərvər vətəndaş kimi yetişdirməli, onu milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə etməlidir.
Mən pedaqoqam...
Mən Azərbaycan vətəndaşıyam. Ana kimi, pedaqoq kimi, vətəndaş kimi analara müraciət edirəm: övladlarınızın hər hərəkətini nəzarətdə saxlayın, onların dövlətə, dövlətçiliyə sədaqət ruhunda formalaşmasının qayğısına qalın. Və bundan sonra qürurla deyin: Mən anayam!
Övladını xalqına, dövlətinə, Vətəninə bağlılıq ruhunda tərbiyə edən, gələcəyimiz üçün hərtərəfli formada yetişdirən analarımız xoşbəxtdirlər. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin fikirlərinə istinad etsək, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır.
Gənclərimizi milli, dövlətçiliyimizə sədaqət ruhunda formalaşdırmaq bu gün bizə hava-su kimi lazımdır.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25

