Sərt karantin rejiminin tətbiqi ilə bağlı qərar mövcud vəziyyətə adekvatdır
20.06.2020 [08:54]
Ekspertlərin fikrincə, bütün dünyada, o cümlədən ölkəmizdə yoluxma hallarının artması müşahidə olunur və bunun qarşısının alınması üçün karantin rejimi sərtləşdirilir
Məlum olduğu kimi, aylardır, bəşəriyyət yeni növ koronavirus (COVID-19) pandemiyası ilə üz-üzə qalıb. Bu infeksiya dünya miqyasında sürətlə yayılır, mövcud reallıqlar dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir. Belə bir mürəkkəb şəraitdə ÜST-ün tövsiyələrində məhdudlaşdırıcı tədbirlərin zəruriliyi diqqətə çatdırılır, sərt tədbirlərin görülməsi vacib hesab edilir. Qeyd edilməlidir ki, ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin yumşaldılmasının ardından yoluxma sayının yenidən artması bir sıra təxrisalınmaz tədbirlərin görülməsini yenidən aktuallaşdırdı. Belə ki, bir müddət öncə tətbiq edilən həftə sonu evdən çıxma qadağasının ardından ölkəmizin bəzi regionlarında yenidən sərt karantin rejiminin həyata keçirilməsinə qərar verilib. Yeni qərara əsasən, 21 iyun saat 00.00-dan 5 iyul saat 6.00-dək Bakı, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Abşeron, Gəncə və Masallıda ciddi karantin rejimi tətbiq olunacaq. Bundan başqa, qeyd olunan regionlarda SMS xidməti istifadəyə veriləcək, ictimai iaşə obyektlərində yerində xidmətlər dayandırılacaq. Eləcə də muzey və sərgilərin fəaliyyəti və açıq havada idman oyunları dayandırılacaq.
Sərt karantin rejiminin yenidən tətbiqi ilə bağlı qərara münasibət bildirən Milli Məclisin deputatı Kamilə Əliyeva deyib ki, yeni növ koronavirus infeksiyası ilə bağlı dünyada mürəkkəb vəziyyət hökm sürür, hər gün on minlərlə insan bu virusa yoluxur, minlərlə insan həyatının itirir. Ölkəmizdə mart ayından bu yana karantin rejiminin tətbiq edildiyini, sonradan isə sərt qadağaların yumşaldıldığını vurğulayan millət vəkili qeyd edib ki, bir çox insanın məsuliyyətsiz davranışı yoluxma sayının yenidən artmasına səbəb olub. Onun sözlərinə görə, iyunun 19-da Baş nazirin imzaladığı ciddi karantin rejiminin tətbiqi ilə bağlı qərar mövcud vəziyyətə adekvatdır: “Dünya ölkələrinin təcrübəsinə nəzər saldıqda fərqli mənzərə müşahidə olunur. Bir çox dövlətlərdə yoluxma və ölüm halları sürətlə artır. Ona görə də dünya miqyasında xüsusi məhdudiyyətlər və qadağalar tətbiq olunur, sosial izolyasiya tədbirləri gücləndirilir. Xəstəliyin müalicəsinin olmadığına, hətta dünyanın inkişaf etmiş ölkələrinin belə virusun qarşısını ala bilmədiklərinə görə hazırda strateji əhəmiyyətə malik məsələ səmərəli qabaqlayıcı tədbirlərin görülməsidir. Ölkəmizdə pandemiyaya qarşı indiyə qədər olduqca effektiv mübarizə sərgilənib və bunun nəticəsidir ki, bizdə ölüm hallarının sayı digərlərindən azdır. Bununla belə, yeni dalğanın qarşısının alınması və ya yoluxma sayının azalması üçün bu tədbirlər vacib xarakter daşıyır. İnanırıq ki, xalqımız bir daha birlik nümayiş etdirəcək və bu bəladan xilas olmaq üçün qoyulan qaydalara riayət olunacaq”.
Milli Məclisin deputatı Sevinc Hüseynova Azərbaycanda Prezident İlham Əliyevin müvafiq göstərişləri və tapşırığı əsasında pandemiyaya qarşı önləyici və mübarizə xarakterli tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. O deyib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alan, əhalinin sağlamlığının etibarlı qorunmasını daim diqqətdə saxlayan Azərbaycan hökuməti sözügedən təhdidlə mübarizə çərçivəsində reallaşdırılan tədbirlərin əhatə dairəsini daha da genişləndirib. Millət vəkilinin sözlərinə görə, sərt qadağaların yumşaldılmasının ardından yoluxma sayının artması yenidən hökuməti bəzi addımları atmağa sövq edib: “Ölkəmizdə bəzi regionlarda yenidən ciddi karantin rejiminin tətbiq olunması, bu kontekstdə xüsusi qaydaların elan olunması zərurətdən irəli gəlir. Bütün dünyada, o cümlədən ölkəmizdə yoluxma hallarının artması müşahidə olunur və bunun qarşısının alınması üçün də karantin rejimi sərtləşdirilir. Qeyd edilməlidir ki, Azərbaycan dövləti əhalinin sağlamlığını daim diqqətdə saxlayır və ölkə ərazisində koronavirusun geniş yayılmasının qarşısının alınması üçün bu tədbirləri görür. Məhz belə bir şəraitdə bütün vətəndaşlar hökumətin müəyyən etdiyi qaydalara ciddi şəkildə əməl etməlidirlər. Bu, sözügedən təhdidlə mübarizə üçün mühüm strateji əhəmiyyətə malikdir”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59

