Sosial xidmətlər sistemində vahid informasiya məkanının yaradılması nəzərdə tutulur
22.06.2020 [23:14]
Aparılan islahatlar həssas qruplara yönələn sosial xidmətləri də əhatə edir. Bu sahədə əsas hədəflər sosial xidmətlər üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi və bu xidmətlərin yeni istiqamətlər üzrə əhatə dairəsinin genişləndirilməsidir. Eyni zamanda, müasir yanaşmalar əsasında sosial xidmətlərin keyfiyyətinin və çətin həyat şəraitində olanların bu xidmətlərə əlçatanlığının artırılması, sosial xidmət sahəsində ixtisaslı kadr potensialı formalaşdırılması vacib hədəflər sırasındadır.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlikdə sosial xidmət məsələləri ilə bağlı videokonfrans formasında keçirilən iclasda bildirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda Prezident İlham Əliyevin tapşırığı ilə pandemiya dövründə daha bir sosial dəstək kimi, tənha yaşayan 65 yaşdan yuxarı vətəndaşların da evlərində gündəlik sosial məişət xidmətləri ilə əhatə olunduğu qeyd edilib. Bununla da evlərində sosial xidmət göstərilənlərin sayı 15 mini ötüb. Həmçinin nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun tabeliyində olan sosial xidmət müəssisələrində minədək vətəndaş tam dövlət təminatındadır. Həmçinin sosial sifarişlər əsasında minlərlə şəxs reabilitasiyayönümlü sosial xidmətlərlə əhatə olunur.
S.Babayev sosial xidmətlərin ehtiyacı olan vətəndaşlar üçün əlçatanlığının artırılması, beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilməsi, ünvanlılığının təmin edilməsi üçün müvafiq islahatların davam etdirildiyini deyib.
Nazir bildirib ki, strateji məqsədlərdən biri də sosial xidmət müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, qabaqcıl dünya ölkələrinin təcrübəsinə əsaslanan yeni sosial xidmət modellərinin yaradılması və tətbiqi, innovativ texnologiyaların tətbiqi nəticəsində sosial xidmət sahəsində vahid informasiya məkanının yaradılmasıdır. Sosial xidmətlər sahəsində də müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından daha geniş istifadə nəticəsində innovativ yeniliklərin tətbiqi təmin olunacaq.
İclasda çətin həyat şəraitində olan şəxslərin sosial xidmətlərlə təminatı və bu xidmətlərin keyfiyyətinin artırılması, nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsin yaradılması sahəsində görülən işlər, sosial xidmət sistemində aparılan islahatlar, bu sahədə qarşıda duran vəzifələr ətraflı müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

