Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Prezidentin köməkçisi: Koronavirusla bağlı müsbət tendensiya davam etsə, daha çox sahələrdə fəaliyyəti bərpa edə bilərik

Prezidentin köməkçisi: Koronavirusla bağlı müsbət tendensiya davam etsə, daha çox sahələrdə fəaliyyəti bərpa edə bilərik

21.07.2020 [09:19]

Koronavirusla bağlı müsbət tendensiya davam etsə, biz daha çox sahələrdə fəaliyyəti bərpa edə bilərik.
AZƏRTAC xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 20-də keçirilən brifinqində deyib.
Şahmar Mövsümov bildirib ki, isti havada evdə oturmaq çətin olsa da, bunun müsbət nəticələrini görürük. Son günlərin statistikasına nəzər yetirdikdə sağalanların sayının artmasını, yoluxanların sayının isə azalmasını müşahidə edirik. Ümidvarıq ki, yoluxma sayında azalma tendensiyası davam edəcək. Nə qədər çox müsbət tendensiya olsa, biz növbəti mərhələlərdə daha çox sahələrdə açılışlara gedə bilərik.
Prezidentin köməkçisi qeyd edib ki, hər kəs qaydalara əməl etməlidir. Başa düşməliyik ki, koronavirus hələ bizimlədir, əgər biz qaydalara əməl etməsək, yoluxma sayı yenidən artacaq və hökumət yenidən sərtləşməyə getmək məcburiyyətində qalacaq.

Paylaş:
Baxılıb: 436 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31