Naftalan neftinin sertifkatlaşdırılması ilə bağlı video konfrans keçirilib
05.08.2020 [17:31]
Naftalan şəhər İcra Hakimiyyəti və Azərbaycan Standartlaşdırma İnstitutunun birgə təşkilatçılığı ilə Naftalan neftinin sertifkatlaşdırılması ilə bağlı video konfrans keçirilib. Konfransda Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru Namiq Tağıyev, ŞİHB aparatının, institutun nümayəndələri və Naftalanda fəaliyyət göstərən sanator-kurort müəssisələrinin rəhbərləri iştirak ediblər.
Vüqar Novruzov tədbiri açaraq iştirakçıları salamlayıb, şəhərin mövcud turizm potensialı barədə onlara ətraflı məlumat verərək vurğulayıb ki, möhtərəm Prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində bu məşhur kurort şəhərinin infrastrukturu tamamilə yenilənib və müasir müalicə-istirahət mərkəzləri istifadəyə verilib. Bunun nəticəsidir ki, son illər Naftalana yerli turistlərlə bərabər xarici ölkələrdən müalicə və istirahət məqsədilə gələnlərin sayı xeyli artıb. V.Novruzov Naftalan neftinin beynəlxalq sertifkatlaşdırmadan keçməsi üçün atılan ilk addımların vacibliyini bildirərək aparılacaq müzakirələrin, veriləcək təkliflərin Naftalan kurortunun gələcək inkişafı baxımından müsbət və faydalı olacağını diqqətə çatdırıb. Həmçinin bunun müalicəvi neftin daha geniş miqyasda tanınmasına və Naftalana uzaq xaricdən turist axınına təkan verəcəyini bildirib.
Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru Namiq Tağıyev mövzu ilə bağlı çıxış edərək Naftalan neftinin sertifkatlaşdırması sahəsində atılan addımları yüksək qiymətləndirib. Baş direktor məlumat verib ki, hamının bildiyi kimi, Naftalan nefti respublikamızın ən qiymətli təbii sərvətlərindən biridir və müalicəvi əhəmiyyətinə görə dünyanın hər yerində məşhurdur. Şəfa mənbəyi sayılan bu neft sayəsində 70-dən artıq xəstəliyin uğurlu müalicəsi mümkündür. Elə bu baxımdan Naftalan şəhərinin iqtisadi əsasını təşkil edən müxtəlif sanatoriya mərkəzlərinə turist axını davamlı olaraq artır. Bununla əlaqədar olaraq ölkə başçısı cənab İlham Əliyev müvafiq qurumlara ölkədə ixtisaslaşmış turizm sənayesinin, xüsusi ilə sağlamlıq turizminin inkişafına xüsusi diqqət yetirməyə göstəriş verib. Standartlaşdırma üzrə Milli qurum olaraq Azərbaycan Standartlaşdırma İnstitutunun əsas məqsədi də ölkədə tibbi turizmi inkişaf etdirməkdən və ölkəyə müalicə üçün gələn turistlərə keyfiyyətli və təhlükəsiz xidmət göstərməkdən ibarətdir. Bununla əlaqədar olaraq tərəfimizdən Naftalan şəhəri ərazisindəki tibb, balneoterapiya və kosmetologiya sahəsində geniş istifadə edilən müalicəvi Naftalan neftinə dair normativ sənədin işlənib hazırlanması bu günün tələbi olaraq çox mühüm məsələrdəndir.
Daha sonra mövzu ilə bağlı geniş müzakirələr aparılıb, müxtəlif təkliflər səsləndirilib, AZS və İSO sertifkatının alınması üçün atılacaq növbəti addımlar müəyyənləşib.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

