/ / Baş Prokurorluq: 14 iyulda baş verən hadisələrlə bağlı istintaqa cəlb edilənlərin hüquq və azadlıqları tam təmin olunub
Baş Prokurorluq: 14 iyulda baş verən hadisələrlə bağlı istintaqa cəlb edilənlərin hüquq və azadlıqları tam təmin olunub
07.08.2020 [08:58]
Xəbər verildiyi kimi, cari il iyulun 14-dən 15-nə keçən gecə ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərin təşkil olunması, bu cür hərəkətlərdə fəal iştirak edilməsi və xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələrinə zor tətbiq etməklə müqavimət göstərilməsi ilə müşayiət olunan hərəkətlərin törədilməsi faktları ilə bağlı Azərbaycan Respublikası Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cinayət işinin istintaqı zamanı cinayət törətmiş şəxslərin dairəsi müəyyən edilməklə bu cinayətin təşkil olunmasında, o cümlədən törədilməsində bilavasitə iştirak etmiş şəxslər istintaqa cəlb olunmaqla barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbirləri seçilib.
Hazırda cinayət işi üzrə zəruri, intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilməklə cinayətin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları təmin ediləcək.
Bununla yanaşı, qeyd edilməlidir ki, bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində təqsirləndirilən Seymur Əhmədov, Asif Yusifli, Fuad Qəhrəmanlı və digərlərinin həyata keçirilən prosessual hərəkətlər zamanı guya hüquqlarının pozularaq işgəncə və zorakılığa məruz qalmaları ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Baş Prokurorluq tərəfindən diqqətə çatdırılır ki, təqsirləndirilən şəxslərin iştirakı ilə keçirilmiş bütün istintaq hərəkətləri Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq yalnız müdafiəçinin iştirakı ilə həyata keçirilib və sonuncuların hüquqlarının pozulması hallarına yol verilməyib.
Bir daha qeyd edilir ki, cinayət işinin istintaqı zamanı əsassız, dəqiqləşdirilməmiş, siyasi məqsəd güdən yalan informasiyaların yayılması yolverilməzdir və istintaqın obyektiv gedişinə təzyiq göstərilməsi kimi qiymətləndirilir.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

