Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Vətəndaşın Baş Prokurorluğun “Instagram”dakı səhifəsinə müraciəti əsasında cinayət işi başlanıb

Vətəndaşın Baş Prokurorluğun “Instagram”dakı səhifəsinə müraciəti əsasında cinayət işi başlanıb

03.09.2020 [09:10]

Avqustun 31-də “fatih_turan_1977” adlı istifadəçinin “Instagram”dakı “Prokurorluq” səhifəsinə müraciəti Baş Prokurorluğun mətbuat xidməti tərəfindən vətəndaşın müraciətinin operativ həlli və müraciətə baxılması zamanı çevikliyin təmin olunması məqsədilə dərhal Baş Prokurorluğun rəhbərliyinə, o cümlədən əlaqədar idarələrə təqdim edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciət nəzarətə götürülüb və araşdırma aparılması barədə göstəriş verilib. Həmin göstəriş əsasında paytaxtın Xətai rayonu ərazisində yaşayan Türkiyə vətəndaşı Turan Fatih Hüseyn oğlu Abşeron Rayon Prokurorluğuna dəvət edilərək dinlənilib. F.Turan Vüsal və Sürxan adlı şəxslərin onun 15 min manat pulunu dələduzluq yolu ilə ələ keçirmələri ilə bağlı Abşeron Rayon Polis İdarəsinin Mehdiabad polis bölməsinə müraciəti əsasında aparılmış araşdırmanın nəticəsindən narazı olduğunu, dələduzluq faktına görə obyektiv araşdırma aparılmaqla ona dəymiş ziyanın ödənilməsində kömək göstərilməsini xahiş edib.
Toplanmış materiallar rayon prokurorluğu tərəfindən tələb edilərək öyrənilib. Material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar ləğv olunmaqla fakta görə Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanılaraq, ibtidai istintaqın aparılması üçün Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri aparılır. Qanun pozuntularına yol vermiş və cinayətin törədilməsində bu və ya digər formada iştirak etmiş şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Paylaş:
Baxılıb: 504 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31