Azərbaycanda sanitar-epidemioloji vəziyyət nəzarət altındadır
03.09.2020 [09:28]
Ekspertlər qeyd edirlər ki, hazırkı mərhələdə pandemiya ilə mübarizənin effektivliyi vətəndaşların qaydalara mütləq şəkildə riayət etmələrindən asılıdır
Məlum olduğu kimi, dünya ölkələri koronavirus pandemiyası ilə mübarizəyə səfərbər olunub. Azərbaycan da bu baxımdan istisna deyil. Ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasına qarşı aparılan mübarizə çərçivəsində həyata keçirilən sistemli tədbirlər, həmçinin vətəndaşların məsuliyyəti və mövcud qaydalara əməl etməsi nəticəsində müsbət nəticələr əldə edilib. Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah ölkəmizdə xüsusi karantin rejiminin sentyabrın 30-dək uzadılması haqqında qərar qəbul edib. Bununla belə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla digər 10 şəhər və rayonda xüsusi karantin rejimi ləğv edilib.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Səbinə Xasayeva deyib ki, Azərbaycan dövləti COVID-19 infeksiyasının yayıldığı ilk günlərdən vəziyyəti nəzarətə götürüb və genişmiqyaslı tədbirlər həyata keçirməyə başlayıb: “Prezident İlham Əliyevin rəhbərliyi və ciddi nəzarəti altında pandemiya ilə mübarizədə vaxtında qabaqlayıcı və kompleks tədbirlər görülüb. Ölkənin bütün resursları vətəndaşların sağlamlığının qorunmasına səfərbər edilib. Görülən qabaqlayıcı tədbirlər və tətbiq olunan qadağalar öz müsbət nəticəsini verməkdədir”.
S.Xasayeva onu da vurğulayıb ki, vaxtında və yüksək səviyyədə həyata keçirilən tədbirlər nəticəsində ölkəmiz bu çətin vəziyyətdən az itkilərlə çıxmaqdadır: “Görülən təxirəsalınmaz işlərin nəticəsidir ki, Azərbaycan dünyada COVID-19 pandemiyasına qarşı ən uğurlu mübarizə aparan ölkələrdən biri kimi tanınır. Hazırda respublikamız pandemiyadan ən az zərər çəkən ölkələr sırasındadır”.
Deputat, həmçinin ölkədə müşahidə edilən müsbət dinamikanın sərtləşdirilmiş xüsusi karantin rejiminin avqustun 5-dən yumşaldılmasına, məhdudiyyətlərin aradan qaldırılmasına imkan verdiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə,peyvənd tapılana qədər karantin rejimində yaşamağa məcburuq: “Vətəndaşlarımız bu çətin vəziyyətdə məsuliyyətli olmalı, həm özlərinin, həm də yaxınlarının sağlamlığını qorumalıdırlar.Vətəndaşlarımızın məsuliyyətli davranışı sayəsində həyatımızın tezliklə normal axara düşməsi mümkündür”.
“Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva isə deyib ki, pandemiyanın ilk vaxtlarından yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə sahəsində ölkəmizdə təxirəsalnmaz və məqsədyönlü tədbirlər həyata keçirilir: “Sanitar-epidemioloji vəziyyətdən, yoluxmanın səviyyəsindən asılı olaraq tətbiq edilən karantin rejimi də koronavirusla mübarizədə əsas məsələlərdən biridir. Təcrübə göstərir ki, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi müsbət nəticə verdi. Müsbət tendensiyanın nəticəsində aktiv xəstə sayı da getdikcə azalır”.
Onun sözlərinə görə, dövlətin gördüyü tədbirlər, atılan addımlar, vətəndaşların qaydalara ciddi riayət etmələri və həkimlərin fədakarlığı ölkəmizdə koronavirusla mübarizədə mühüm nəticələr əldə etməyə imkan yaradıb. Y.Abdıyeva onu da deyib ki, müşahidə edilən müsbət dinamika arxayınlaşmağa qətiyyən əsas vermir: “Ehtiyatsızlıq və səhlənkarlıq mübarizənin istənilən mərhələsində vəziyyəti gərginləşdirə bilər. Ona görə ki, xəstəliklə mübarizənin əlverişli yolu vətəndaşların sanitar-gigiyenik qaydalara düzgün və ciddi şəkildə riayət etməsindən keçir. Vaxtından əvvəl arxayınçılıq isə mənfi nəticələrə gətirib çıxara bilər”.
O, müəyyən şərtlərə əməl etməklə, yumşaltma tədbirlərini davam etdirməyin mümkün olduğunu da vurğulayıb: “Hesab edirəm ki, indiki məqamda yumşaltma tədbirlərinin mərhələli şəkildə davam etdirilməsi mümkündür. Lakin karantin qaydalarına ciddi şəkildə əməl olunmalıdır. Çünki proseslərin gedişatı insanların davranışından, onların karantin qaydalarına nə dərəcədə riayət etməsindən asılıdır”.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

