Bakıda ilaxır çərşənbə möhtəşəm şəkildə qeyd edilib
17.03.2010 [10:32]
İlaxır çərşənbə xalqımız üçün çox əzizdir. Həmin gün küsülülər barışır, hamı təzə paltar geyinməyə, qulaq falına çıxanları düşünüb xoş sözlər deməyə çalışır. İnama görə, ilaxır çərşənbədə ilkin olaraq hansı sözü eşitsən, ili o cür başa vuracaqsan. Həmin axşam yandırılan bayram tonqalının ətrafında insanlar dövrə vuraraq onun üstündən tullanar, üzərlik yandırar, “ağırlığım- uğurluğum odlara tökülsün” deyərlər. Nişanlı qızları ocağın başına fırladarlar. Xoşbəxt olsun deyə, ona xeyir-dua verərlər. Ailə qurmaq istəyən gənclərlə bağlı Tanrıya üz tutub dualar edərlər ki, cavanlar xoşbəxt olsunlar.
Artıq xalqımızın ən əziz bayramı olan Novruzun beynəlxalq status qazanması hər bir azərbaycanlının qəlbində sonsuz sevinc və qürur hissi doğurub. Məlum olduğu kimi, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təbliği istiqamətində yorulmadan apardığı məqsədyönlü iş nəticəsində ötən il Novruz YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb, bu yaxınlarda isə BMT Baş Məclisinin 64-cü sessiyasının iclasında bütün dünyada martın 21-i “Beynəlxalq Novruz Günü” elan edilib.
Belə bir şəraitdə Bakı ilaxır çərşənbəni “Atəşgah məbədi”ndən od götürməklə qarşılayıb.
Ənənəyə uyğun olaraq bu dəfə də Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə dünən paytaxtda ilaxır çərşənbə ilə bağlı təntənəli Novruz şənliyi keçirilib. Bakının minlərlə sakini və şəhərimizin qonaqları sonuncu Novruz çərşənbəsini, el arasında deyildiyi kimi, ilaxır çərşənbəni Qız qalasının ətrafında - təntənəli bayram şənliyində qarşılayıblar...
Novruz bayramının ilaxır çərşənbəsi ilə bağlı tədbirlərə Azərnetf meydanından start verilib.
Novruzun əsas personajlarından ibarət böyük bir karvan “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna yola düşüb. üç dəvə, yeddi süvari və beş faytondan ibarət karvan Bakının əsas inzibati rayonlarının ərazisindən keçib.
Karvana Novruzun əsas qəhrəmanları sayılan Keçəl, Kosa və Bahar qız da qoşulublar. Bu dəstə Atəşgahdan ulu Dədə Qorqudun elimizə-obamıza xeyir-duasını alandan sonra oradakı əbədi məşəldən od götürüb geri dönüb. Həmin alovla Qız qalasındakı tonqallar yandırılıb. Bununla da baharın qədəmlərinə mübarək deyilib.
Atəşfəşanlıq mərasimə əzəmət və gözəllik bəxş edib. Bakının bahar səması al-əlvan rəngə boyanıb. Azərbaycan incəsənət ustaları Qız qalasının qarşısında qurulmuş səhnədə maraqlı konsert proqramı ilə çıxış ediblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

