Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / KİVDF-nin elan etdiyi müsabiqə üzrə “Yeni Azərbaycan” qəzetinin redaksiyasında keçirilən onlayn “dəyirmi masa”da regional inkişaf proqramlarının icrası müzakirə olunub

KİVDF-nin elan etdiyi müsabiqə üzrə “Yeni Azərbaycan” qəzetinin redaksiyasında keçirilən onlayn “dəyirmi masa”da regional inkişaf proqramlarının icrası müzakirə olunub

30.09.2020 [08:34]

“Yeni Azərbaycan” qəzeti Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün keçirdiyi müsabiqələrdə fəal iştirak edir. Xəbər verildiyi kimi, KİVDF tərəfindən növbəti müsabiqə çərçivəsində “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”na uyğun olaraq 19 istiqamət üzrə layihə-təkliflər təqdim olunub. Bu dəfə də müsabiqəyə fəal qoşulan “Yeni Azərbaycan” qəzeti “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”, “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi”, eləcə də “Azərbaycançılıq ideyasının təbliği” istiqamətləri üzrə bütün şərtləri ödəməklə qalib olub. Hazırda redaksiya tərəfindən müsabiqə şərtlərinə uyğun olaraq qəzetin səhifələrində hər üç istiqamət üzrə müntəzəm qaydada materiallar dərc olunur. Eyni zamanda, “Yeni Azərbaycan” qəzetinin redaksiyası layihələrin icrası çərçivəsində müvafiq mövzuların müzakirəsi ilə bağlı onlayn “dəyirmi masa”ların keçirilməsini davam etdirir.
Qəzetin redaksiyasında növbəti belə onlayn “dəyirmi masa” bu günlərdə “Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurla icra edilməsi Azərbaycanın bölgələrində yeni müsbət reallıqlar yaradıb” mövzusunda keçirilib. “Yeni Azərbaycan” qəzetinin müxbiri, layihə rəhbəri Mübariz Abdullayevin moderatorluğu ilə keçirilən “dəyirmi masa”da Yeni Azərbaycan Partiyası (YAP) Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov, Şəmkir Rayon İcra Hakimiyyəti Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Rauf Quliyev və YAP Şabran rayon təşkilatı Gənclər Birliyinin sədri Fərid Bağırzadə iştirak ediblər.
“Dəyirmi masa”da çıxış edənlər Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regional inkişaf proqramlarının ölkənin hər bir regionunun iqtisadi potensialı, əmək ehtiyatları, tarixən formalaşan ənənələr və perspektiv inkişaf istiqamətləri nəzərə alınmaqla hazırlandığını vurğulayıblar. Bildirilib ki, məhz bu kimi amillər bəhs olunan Dövlət proqramlarının uğurla yerinə yetirilməsini şərtləndirir.
“Dəyirmi masa” iştirakçıları müvafiq Dövlət proqramlarının icra olunduğu son 17 ildə təmsil etdikləri bölgələrin inkişaf dinamikası barədə faktlara istinad etməklə ətraflı məlumat veriblər. Vurğulanıb ki, hazırda Azərbaycanın bölgələri də iqtisadi güc amilinə çevrilib və ölkəmizin ümumi inkişafında regionların xüsusi çəkisi artıb.

Paylaş:
Baxılıb: 483 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31