/ / Ayaz Mirzəyev: Hər bir vətəndaşın arzusu işğal altında olan torpaqlarımızın tezliklə azad edilməsidir
Ayaz Mirzəyev: Hər bir vətəndaşın arzusu işğal altında olan torpaqlarımızın tezliklə azad edilməsidir
06.10.2020 [09:30]
“Azərbaycan Ordusu hazırda ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərini işğaldan azad etmək üçün hərbi əməliyyatlarını davam etdirir. Biz öz tarixi torpaqlarımız uğrunda mübarizə aparırıq”. Bu fikirləri “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev deyib.
İctimai Birliyin sədri bildirib ki, bu, əslində, hər bir azərbaycanlı üçün Vətən müharibəsidir. Ona görə də Azərbaycanda insanlar arasında yüksək hərbi vətənpərvərlik əhval-ruhiyyəsi hökm sürür. Onun sözlərinə görə, Azərbaycan vətəndaşları olaraq hər birimiz vahid mövqedən çıxış edirik: “Dövlət başçısının xalqa sonuncu müraciətini diqqətlə izlədim. Prezident İlham Əliyev real vəziyyəti dolğun şəkildə cəmiyyətimizə çatdırdı, eyni zamanda, düşmənə öz mesajını verdi. Erməni tərəfi bu mesajlardan nəticə çıxarmalıdır. Cənab Prezident bildirdi ki, heç kim Azərbaycana şərt irəli sürə bilməz. Şərti Azərbaycan irəli sürür. Ümumiyyətlə, erməni hərbi birləşmələrinin Azərbaycan torpaqlarında mövcudluğu üçün heç bir əsas yoxdur. Onlar bizim tarixi torpaqlarımızı tərk etməlidir. Bu, onların xeyrinə olar. Çünki vaxt keçdikcə daha çox itkilərə məruz qalırlar. Ordumuz tərəfindən düşmən ciddi şəkildə geri oturdulur. Bütün bunlar tariximizdə yeni şanlı səhifənin açılması deməkdir”.
Erməni hərbi birləşmələrinin mülki vətəndaşları hədəfə aldığını deyən QHT rəhbəri qeyd edib ki, bu, beynəlxalq qanunlara, xüsusilə Cenevrə Konvensiyasına ziddir: “Görünən odur ki, işğalçı rejimin rəhbərliyi ilə danışıqlar aparmaq, dialoq qurmaq mümkün deyil. Çünki onların hərəkətləri bütün beynəlxalq qanunların pozulması deməkdir. Dinc insanların, bir sıra şəhər və rayonlarımızın Ermənistan ərazisindən hədəfə alınması qarşı tərəfin çirkin planıdır. Bununla da Azərbaycanı təxribata çəkmək istəyirlər. Ermənistan üçüncü dövlətlərin münaqişəyə cəlb olunmasına çalışır. Bu, təxribatdır. Belə hərəkəti öz gücünə arxalanmayan ölkələr edə bilər ki, bunu da Ermənistan edir. Ermənilərin nə etməsindən asılı olmayaraq, vəziyyət Azərbaycan Ordusunun nəzarətindədir. Prezident İlham Əliyevin dediyi kimi, məqsədimiz ərazilərimizi işğaldan azad etməkdir. Çünki danışıqların davam etdiyi 30 il ərzində heç bir nəticə görməmişik. İndiyə qədər işğal olunmuş ərazilərimizdə qeyri-qanuni addımlar atılır, qanunsuz məskunlaşdırma siyasəti həyata keçirilir və s. Bu gün yaranmış vəziyyətə görə məsuliyyət nə qədər Ermənistanın üzərinə düşürsə, bir o qədər də ATƏT-in Minsk qrupu həmsədrlərinin üzərinə düşür. Onların fəaliyyətsizliyi vəziyyəti bu həddə çatdırıb”.
Bu gün ölkəmizdə möhtəşəm həmrəyliyin mövcud olduğunu deyən A.Mirzəyevin sözlərinə görə, hər bir vətəndaşın arzusu işğal altında olan torpaqlarımızın tezliklə azad edilməsidir: “Bu yolda Azərbaycan Ordusu şanlı yürüşünü davam etdirəcək. Ən son nəticə odur ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü bərpa edilsin. Əminəm ki, qəhrəman əsgərlərimiz Ali Baş Komandanın əmri ilə bu vəzifənin öhdəsindən gələcəklər”.
Nardar
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

