Vətəndaşlar karantin rejiminin qaydalarına ciddi əməl etməlidirlər
30.10.2020 [08:48]
Ekspertlər hesab edirlər ki, qarşıdan gələn dövrdə xüsusi karantin rejimi daha da sərtləşdirilə, yoluxma hallarının geniş yayıldığı şəhər və rayonlarla bağlı yeni məhdudiyyətlər tətbiq oluna bilər
Məlum olduğu kimi, hazırda dünya ölkələri koronavirus pandemiyasının yeni dalğasını yaşayır. Bir çox ölkədə virusun yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirilir, tətbiq olunmuş karantin rejimi sərtləşdirilir. Azərbaycanda da COVİD-19-a yoluxanların sayında kəskin artım müşahidə edilir, yoluxma və sağalma halları arasında fərq artır, sanitar-epidemioloji durum pisləşir. Pandemiyanın qarşısının alınması məqsədi ilə Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 dekabr 2020-ci il saat 06:00-dək uzadılıb. Eyni zamanda, son günlər Lənkəran şəhərində, Cəlilabad və Masallı rayonlarında yüksək yoluxma faktları aşkar olunduğuna görə, həmin rayonlara giriş-çıxış dayandırılıb. Ekspertlər vətəndaşları vəziyyətin ciddiliyini nəzərə almağa və mövcud qaydalara əməl etməyə çağırırlar.
Məsələ ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov bildirib ki, artıq dünya ölkələri koronavirusun geniş yayılmasına qarşı ciddi addımlar atmaqdadır. Onun sözlərinə görə, bu sırada dünyanın ən inkişaf etmiş ölkələri də var: “Məsələn İtaliyada virusa yoluxma faktı rekord həddə çatıb. Belə ki, bir sutkada koronavirusa yoluxma 24 min 991 olub ki, bu da pandemiyanın başladığı dövrdən indiyədək olan ən yüksək göstəricidir. Ona görə də, ölkələr karantin rejimini yenidən sərtləşdirməyə başlayıblar”.
Millət vəkili Azərbaycan vətəndaşlarını da bu məsələdə diqqətli olmağa çağırıb. İ.Məmmədov qeyd edib ki, vətəndaşlar tərəfindən qoruyucu vasitələrdən istifadə səviyyəsi aşağıdır, sosial məsafə saxlanılmır, yoluxmanın qarşısının alınması üçün digər tövsiyələrə lazımınca riayət olunmur. Eyni zamanda, ticarət, məişət-iaşə obyektlərində, ictimai nəqliyyatda təhlükəsizlik qaydalarına riayət olunması səviyyəsi qənaətbəxş deyil. Hazırkı durum onu deməyə əsas verir ki, qarşıdan gələn dövrdə xüsusi karantin rejimi daha da sərtləşdirilə, yoluxma hallarının geniş yayıldığı şəhər və rayonlarla bağlı yeni məhdudiyyətlər tətbiq oluna bilər.
Deputat söyləyib ki, koronavirusla mübarizədə fəal olmaq, xüsusi karantin rejiminin qaydalarına riayət etmək həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün vacibdir: “Bu gün orduya dəstək vermək istəyən hər bir vətəndaş ilk növbədə əsgər və zabitlərimizin sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən qorumaqla haqq işimizə layiqli töhfəsini verməlidir. Bütün bunları nəzərə alaraq hamı xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxmalı, şəxsi gigiyenasını gözləməlidir. Hər bir vətəndaş olduğu yerdən asılı olmayaraq həm özünə, həm də ətrafına qarşı diqqətli olmalı, nümunə göstərməli, qaydaların pozulmasına dözümsüzlük nümayiş etdirməlidir”.
“Son günlər koronavirusa yoluxma hallarında artım müşahidə olunur, hətta antirekord da qeydə alınıb. Oktyabrın 28-də qeydə alınan 988 yoluxma faktı indiyədək müşahidə etdiyimiz ən yüksək gündəlik yoluxma sayıdır. Bu artım vəziyyətin ciddiliyini bir daha göstərir”. Bu fikirləri isə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.
N.Mustafayeva bildirib ki, koronavirus xəstəliyi 80 faizdən çox hallarda yüngül simptomlarla keçir, onun spesifik müalicəsi yoxdur: “Xəstəliyi orta ağır və ağır keçirənlərə dəstək müalicəsi tətbiq olunur. Digərləri isə müalicə olunmadan belə sağala bilər. Belə ki, xəstəlik gənclərdə, uşaqlarda, xroniki xəstəliyi olmayanlarda, risk qrupundan kənarda qalanlarda öz-özünə sağalıb keçə bilər. Yanaşı xəstəliyi, xroniki xəstəliyi olanlar, risk qrupuna aid edilənlər, yaşlılar, immunsupressiv xəstələr koronavirusu daha ağır keçirirlər. Ölüm statistikasında da bu meyarlar üstünlük təşkil edir. Lakin COVID-19-dan həyatını itirənlər arasında öz-özünə müalicə alan, xəstəxanaya gec müraciət edən şəxslər də az deyil. İnsanlar arasında bəzən yanlış fikirlər yaranır, əlamətləri müşahidə etsələr də soyuqdəymə, soyuq su içmə ilə əlaqələndirir, koronavirusa yoluxduğunu ağıllarından belə keçirmək istəmirlər. Bu səbəbdən gecikmələr müşahidə olunur. Yalnız iş-işdən keçdikdən, xəstənin vəziyyəti ağırlaşdıqdan və evdəki müalicələr öz təsirini göstərmədikdən sonra onlar xəstəxanaya müraciət edirlər. Bizim onlara edə biləcəyimiz yardım müəyyən imkanlar çərçivəsindədir. Buna görə də, bəzən görülən tədbirlər fayda vermir”.
Onun sözlərinə görə, koronavirusa yoluxanlarda əksər hallarda qızdırma, öskürək, təngnəfəslik, dadbilmə və iybilmənin itirilməsi müşahidə olunur: “Lakin bunlar on minlərlə xəstənin ümumiləşdirilmiş simptomlarıdır. İshal belə bu xəstəliyin əlaməti ola bilər. Bu, o demək deyil ki, testləri pozitiv çıxan xəstələrin hamısında həmin simptomlar müşahidə olunacaq. Qızdırması qeydə alınmayan, lakin koronavirus keçirib sağalan xəstələr var. Buna görə də, hazırda səhhətimizlə bağlı istənilən dəyişiklik məsuliyyətimizi artırmalıdır. Adi günlərdən fərqli hiss olunan əlamətlər, yəni iştahasızlıq, əzələ, boyun, baş ağrıları, halsızlıq, yuxuya meyillilik kimi simptomlar da qeydə alınanda maska taxıb, izolyasiya olunmaq lazımdır. Bununla yanaşı, bir gün müşahidə aparmalı və yoxlanmağa cəhd göstərməliyik ki, ətrafımızı da yoluxdurmayaq. Ola bilər ki, həmin əlamətlərlə xəstəlik keçib gedəcək. Lakin başqalarını, risk qrupunda olan əzizlərimizi yoluxdura bilərik. Heç bir şikayəti olmayan profilaktik məqsədlərlə yoxlanan şəxslərdən belə test nəticəsi pozitiv çıxanlar olur. Bu hal daha çox beynəlxalq uçuşlar zamanı qeydə alınır. Həmin şəxslər evdə müalicə alırlar. Şikayətlərə, laborator analizlərə, instrumental diaqnostika metodlarına əsasən, müalicə təyin olunur. Hər kəs üçün bu fərdidir. Hətta xəstəlik eyni simptomatika ilə keçsə belə, burada yaş amili, yanaşı xəstəliklər nəzərə alınır və müalicə dəyişə bilər. Standart müalicə müəyyən vitamin qruplarının təyini, o cümlədən tövsiyə xarakterli ola bilər”.
Həkim-infeksionist vətəndaşları məsuliyyətli və diqqətli olmağa, qaydalara əməl etməyə çağırıb: “Xüsusilə hazırkı dövrdə məsuliyyətimiz dəfələrlə artıq olmalıdır. Torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda mübarizəmiz davam edir, cəbhədə döyüşən əsgər-zabit heyətini düşünməliyik. Onların belə fədakarlığı qarşısında qorunma tədbirlərimizi çox görməməliyik. Yoluxma belə artmağa doğru getdikcə səhiyyə işçilərimizin diqqəti yenidən koronavirusa yönəlir, xəstəxanalar dolmağa başlayır, hərbçilər arasında yoluxma ehtimalı yüksəlir. Hazırkı şəraitdə bunlar ölkəmiz üçün ən arzuolunmaz haldır. Ona görə də hər kəsi kütləvi toplanma yerlərindən uzaq olmağa, buna məcbur olduqda maska taxmağa, sosial məsafə saxlamağa və əl gigiyenasına əməl etməyə səsləyirəm”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28

