/ / “Yeni Azərbaycan” qəzeti KİVDF-nin elan etdiyi müsabiqə üzrə növbəti onlayn “dəyirmi masa” keçirib
“Yeni Azərbaycan” qəzeti KİVDF-nin elan etdiyi müsabiqə üzrə növbəti onlayn “dəyirmi masa” keçirib
31.10.2020 [08:32]
“Azərbaycançılıq ideologiyasının diasporumuzun fəaliyyətindəki rolu” mövzusunda təşkil edilən tədbirdə xaricdə yaşayan azərbaycanlıların dövlətimizin milli maraqlarının qorunmasına mühüm töhfə verdikləri qeyd edilib
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün müsabiqə elan edib. Müsabiqə çərçivəsində KİVDF tərəfindən “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”na uyğun olaraq 19 istiqamət üzrə layihə-təkliflər təqdim olunub.
“Yeni Azərbaycan” qəzeti “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”, “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi”, eləcə də “Azərbaycançılıq ideyasının təbliği” istiqamətləri üzrə müsabiqənin qalibi olub. Hazırda redaksiya tərəfindən müsabiqə şərtlərinə uyğun olaraq qəzetin səhifələrində hər üç istiqamət üzrə müntəzəm qaydada materiallar dərc olunur. Eyni zamanda, “Yeni Azərbaycan” qəzetinin redaksiyası layihələrin icrası çərçivəsində müvafiq mövzuların müzakirəsi ilə bağlı onlayn “dəyirmi masa”lar keçirir.
Beləliklə, oktyabrın 28-də növbəti onlayn “dəyirmi masa” “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə “Azərbaycançılıq ideologiyasının diasporumuzun fəaliyyətindəki rolu” mövzusunda keçirilib. “Yeni Azərbaycan” qəzetinin müxbiri, layihə rəhbəri Pərviz Sadayoğlunun moderatorluğu ilə keçirilən tədbirdə Milli Məclisin deputatı Ramin Məmmədov və “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin rəhbəri Ayaz Mirzəyev iştirak ediblər.
“Dəyirmi masa”da bildirilib ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlişi ölkəmizdə milli birliyin formalaşmasında əsas rol oynadı. Qeyd edilib ki, bu gün Azərbaycan dövlətinin vətəndaşları ölkəmizin inkişafı, milli birliyin qorunub saxlanılması, daha da gücləndirilməsi üçün öz üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirirlər. Bu mübarizədə azərbaycançılıq ideologiyası xalqımız üçün bir çətir altında yumruq kimi birləşməyin vahid ideoloji formuludur. Vurğulanıb ki, dövlətimizin torpaqlarımızı işğaldan azad etməsi uğrunda apardığı mübarizədə bir sıra xarici ölkələrdə yaşayan soydaşlarımızın dəstəyi də bu deyilənləri təsdiqləyir.
Onlayn “dəyirmi masa”da xaricdə yaşayan azərbaycanlıların dövlətimizin milli maraqlarının qorunmasına mühüm töhfə verdikləri qeyd edilib. Bütövlükdə, mövzu ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32

