/ / Pakistan səfiri Ermənistanın mülki əhalimizə qarşı törətdiyi cinayətlər barədə məlumatlandırılıb
Pakistan səfiri Ermənistanın mülki əhalimizə qarşı törətdiyi cinayətlər barədə məlumatlandırılıb
05.11.2020 [08:43]
Noyabrın 4-də Azərbaycanın Müdafiə Sənayesi naziri Mədət Quliyev Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Bilal Haye ilə görüşüb.
Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nazir Mədət Quliyev Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu vurğulayıb. Ermənistan silahlı qüvvələrinin hazırda davam edən təcavüzü ilə bağlı dost ölkənin qəti mövqeyini və hər zaman Azərbaycanın yanında olmasının xalqımız tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
M.Quliyev son günlərdə Pakistanda baş verən terror aktları ilə əlaqədar günahsız insanların öldürülməsi və yaralanması ilə bağlı səfirə dərin hüznlə başsağlığı verib. Nazir bildirib ki, Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən başlayaraq Tərtər, Ağdam, Mingəçevir, Ağcabədi, Beyləqan, Gəncə, Bərdə şəhərlərini, bir sıra kənd və qəsəbələri, yaşayış məntəqələrini ağır artilleriya və raket qurğularından atəşə tutması nəticəsində mülki əhalimizə qarşı insanlıq əleyhinə cinayətlər törədilib.
Səfirin diqqətinə çatdırılıb ki, dinc sakinlərə qarşı raket hücumları nəticəsində ümumilikdə 91 nəfər qətlə yetirilib, 405 nəfər yaralanıb, minlərlə yaşayış evinə və mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib. Bu, bir daha sübut edir ki, döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan ordusu çıxış yolunu mülki əhaliyə qarşı yönəlmiş cinayətlərdə görür.
Nazir M.Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmənə hərb meydanında yetərli cavab verməsi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, onlarla kənd, qəsəbə və yaşayış məntəqələrinin işğaldan azad edilməsi, qədim Xudafərin körpüsünə Azərbaycan bayrağının sancılması ilə bağlı səfiri məlumatlandırıb.
Səfir Bilal Haye Pakistanın həmişə Azərbaycanın yanında olduğunu bildirib.
Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28

