/ / Eldar Əzizov: İrəvan meriyasının Azərbaycana göndərmək üçün silahlı dəstələr yaratmasına heç də təəccüblənmədim
Eldar Əzizov: İrəvan meriyasının Azərbaycana göndərmək üçün silahlı dəstələr yaratmasına heç də təəccüblənmədim
05.11.2020 [08:44]
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Yerevan meriyasının Azərbaycana göndərmək üçün silahlı dəstələr yaratması barədə məlumata münasibət bildirib.
İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, E.Əzizov buna heç də təəccüblənmədiyini söyləyib. Şəhər İcra Hakimiyyətinin başçısı bildirib ki, Ermənistanda vəziyyət o həddə çatıb ki, cəbhəyə uşaq və qadınları göndərirlər. İndi də İrəvan meriyası cəbhə üçün silahlı dəstələr toplayır. Hələ bu harasıdır? Bütün baş verənlər Ermənistanın ağır iqtisadi durumda olduğunu, ön və arxa cəbhələrdə acınacaqlı vəziyyətin yarandığını göstərir. Əgər paytaxt meriyası səfərbərlik məsələləri ilə məşğul olursa, demək ki, Ermənistan cəmiyyətində çarəsizlik və ruh düşkünlüyü hökm sürür.
Eldar Əzizov qeyd edib ki, bu gün Ermənistanda “COVID dezertir” termini də yaranıb. Belə ki, çağırışçılar COVID-19 xəstələri olmaları haqqında saxta arayışlar əldə edərək orduya getməkdən yayınırlar. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Səfərbərlik məsələsi ilə Səfərbərlik Xidməti məşğuldur, hər hansı silahlı dəstələrə ehtiyac yoxdur. Xalq yüksək vətənpərvərlik ruhu və öz Liderinə böyük inam nümayiş etdirir. Ötən illər ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycanda dövlətin səmərəli iqtisadi inkişaf modeli formalaşıb. Bu gün bizim güclü iqtisadiyyatımız və müasir ordumuz var. Bütün bunlar aparılmış düzgün siyasətin və idarəetmənin nəticəsidir.
“Buna görə də, Şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı dəstələrin yaradılmasına ehtiyac yoxdur. Bütün dövlət qurumları öz vəzifələrinin öhdəsindən layiqincə gəlirlər. Bu gün Azərbaycanla və onun dünyanın ictimai-siyasi sistemində tutduğu yerlə, sözün əsl mənasında, fəxr edə bilərik. Bu, tarixdə şəxsiyyətin rolunu bir daha nümayiş etdirən böyük tarixi nailiyyətdir”, - deyə icra başçısı vurğulayıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07

