Koronavirus pandemiyası davam edir
18.11.2020 [08:55]
Ekspertlərin qeyd etdikləri kimi, COVID-19-a qarşı mübarizənin səmərəli olması üçün müəyyən olunmuş bütün qaydalara ciddi əməl edilməlidir
Məlum olduğu kimi, hazırda dünya ölkələri koronavirus pandemiyasının yeni dalğasını yaşayır. Təəssüf ki, son həftələr bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da COVID-19-a gündəlik yoluxma və ölüm halları artıb. Ekspertlər hesab edirlər ki, bu dönəm hər birimiz üçün çox həssas bir dövrdür.
Həkim-endokrinoloq Gülay Məmmədova qəzetimizə açıqlamasında bildirib ki, ilk növbədə, gigiyena qaydalarına əməl edilməli, ara məsafəsi saxlanılmalıdır: “Qanda şəkərin səviyyəsi tez-tez yoxlanılmalı, onun yüksəlməsi və enməsi zamanı tədbirlər görülməlidir. Hər gün lazımi qədər su içilməlidir. Koronavirus infeksiyasından qorunmaq üçün heç bir köməkçi dərman müalicəsi və ya vitaminlər kömək etmir. Lazımsız və hətta ziyan edə biləcək həmin dərmanların tətbiq edilməsindən çəkinmək lazımdır. Evdə olan müddətdə balanslı, düzgün qidalanmaya və hərəkətli olmağa diqqət yetirilməlidir. Ev içində və ya başqaları ilə təmasın olmaması şərtilə gündə ən azı 5 min addım atmaq lazımdır, həmçinin həmin müddətdə çəkiyə və şəkərə ciddi nəzarət edilməlidir”.
Həkim-endokrinoloq onu da deyib ki, ürək, böyrək və ağciyər xəstəliyi kimi yanaşı gedən xəstəliklər olduqda həkimlərin məsləhətləri nəzərə alınmalıdır.
Tibb Universitetinin Daxili Xəstəliklər kafedrasının əməkdaşı Könül İsmayılova isə deyib ki, üç əsas şərtə əməl olunmalıdır: “Tibbi maska taxılmalı, məsafə gözlənilməli və əl gigiyenasına əməl olunmalıdır. İnsanların kütləvi toplaşdıqları yerlərə lazım olmadıqca getməyək. Getməyə məcbur olduqda isə məsafə saxlayaq və tibbi maska taxaq. Əllərimizi spirtdən və ya digər dezinfeksiya məhlullarından istifadə edərək təmizləyək. Müvəqqəti olaraq özümüzün və yaxınlarımızın sağlamlığı naminə onlarla az-az görüşək”.
O deyib ki, əgər xəstəlik yoxdursa, profilaktik tədbirlər məqsədilə virus əleyhinə preparatlar istifadə olunmaz: “Bundan başqa, açıq havada uzun müddət olmaq, aktiv hərəkət etmək, təbii qidalarla qidalanmaq, bol çiy meyvə və tərəvəz istifadə etmək lazımdır. Bunların hamısı orqanizmi möhkəmləndirən vasitələrdir. Əhval-ruhiyyəmizi gözəl saxlayaq, nikbin olmağa çalışaq, yüksək əhval-ruhiyyə olarsa, orqanizmdə xüsusi maddələr əmələ gəlir ki, onlar immunitet sistemini gücləndirməyə kömək edir. Bu qaydalara əməl etsək, koronavirusla mübarizəyə öz töhfəmizi vermiş olarıq”.
Müşfiqə
Xəbər lenti
Hamısına baxİdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51

