COVID-19-a qarşı mübarizə: özümüzü qoruyaq, cəmiyyəti xilas edək
03.12.2020 [09:55]
Hər gün minlərlə ölkə vətəndaşı yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxur. Ümumilikdə, yoluxma dinamikası ciddi narahatlıq doğurur. Ona görə də hər bir insana potensial virus daşıyıcısı kimi yanaşmalı və özümüzü ondan qorumalıyıq. Eyni zamanda, hər kəs müəyyən olunmuş bütün qaydalara əməl etməlidir. Unutmamalıyıq ki, sağlamlığımız öz əlimizdədir və biz özümüzü qorumaqla bütövlükdə cəmiyyəti bu qlobal bəladan mühafizə edə bilərik.
Ekspertlər tibbi maska taxmaq, sosial məsafə saxlamaq və sanitar-gigiyenik normalara əməl etməklə yanaşı, qidalanmaya da xüsusi diqqət göstərilməsini vurğulayırlar. Xüsusilə də, COVID-19 xəstələri həkim nəzarətində olmaqla yanaşı, qidalanmalarına fikir verməlidirlər.
Qida rejimi müstəsna əhəmiyyət daşıyır
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən həkim-dietoloq Ləman Süleymanovanın fikrincə, koronavirusa yoluxanların gündəlik qida rasionuna bitki mənşəli yağların əlavə olunması zəruridir: “Lakin kətan, zeytun və kərə yağı da daxil olmaqla yeməklərin tərkibində müxtəlif növ yağların miqdarına xüsusi diqqət yetirmək lazımdır. Bundan başqa, hüceyrələri yeniləyən, bağırsaq iltihabını aradan qaldıran, xolesterini azaldan avakado belə vaxtda ən faydalı meyvələrdən biri hesab olunur. Un məmulatları, o cümlədən müxtəlif növ şirniyyatlarla qidalanmaq koronavirusdan sağalma prosesini ləngidir. Orqanizmi zəiflədən şirin məhsullardan, xəmir xörəklərindən və digər oxşar qidalardan tamamilə imtina edilməli, daha faydalı qidalara üstünlük verilməlidir. Əks halda, xəstəlik daha uzun müddət davam edə bilər”.
Onun sözlərninə görə, koronavirusa yoluxanların masasında toyuq, balıq və krevetlər, müxtəlif növ dənli bitkilər, tərəvəz salatları, göyərti və C vitamini ilə zəngin olan meyvələr əskik olmamalıdır. Narıngi, portağal, kök və kividən istifadə etmək də faydalıdır. Tərkibində bol vitaminlər və zülallar olan həmin qidalar xəstəliyə qalib gəlməyə kömək edir.
COVID-19 testi verənlər nəyi bilməlidirlər?
Mərkəzi Gömrük Hospitalının həkim-pediatrı Təranə Göyüşova isə yeni növ koronavirus (COVID-19) infükaiyası ilə əlaqədar verilən testlərinin nəticələri barədə söhbət açıb. Bildirib ki, həmin testlər kütləvi müayinə üçün nəzərdə tutulub və əksər hallarda düzgün nəticə verir. İki gün sonra əlamətlər davam etsə və şübhə yaranarsa, yenidən test vermək olar: “Testdən üç saat əvvəl su içmək, qida qəbul etmək, siqaret çəkmək və burun boşluğuna heç bir sprey istifadə etmək olmaz. Burun keçidlərində kifayət qədər dərindən nümunə götürülməyibsə və yaxud xəstə burnunu silmiş və ya yumuşsa, o zaman testin cavabı səhv ola bilər. Həmçinin boğazdan yaxma götürülməzdən əvvəl xəstə ağzını antiseptik məhlulla yaxalamamalı, dişlərini fırçalayanda, ağız boşluğunu yaxalayanda su çox dərinə getməməli və qida qəbul edilməməlidir. Bununla yanaşı, laboratoriya qaydaları da var”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

