Pandemiya davam edir: sağlamlığımız isə öz əlimizdədir
04.12.2020 [08:53]
Əgər həmrəylik göstərməsək və qayda-qanunlara əməl etməsək, o zaman COVID-19-un yayılma sürəti daha da arta bilər
Son günlər dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayının artması heç də ürəkaçan deyil. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, son bir həftə ərzində dünyada yeni koronavirus infeksiyasına yoluxma hallarının sayı yenidən dörd milyona yaxın artıb. Bu səbəbdən bir çox ölkələrdə yenidən sərt karantin qaydaları tətbiq edilir, müvafiq məhdudlaşdırıcı tədbirlər həyata keçirilir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da COVID-19 infeksiyasına yoluxma halları davam etməkdədir. Aparılan müşahidə göstərir ki, yoluxanlarla sağalanlar arasındakı dinamika arzuolunan deyil. Əfsuslar olsun ki, koronavirusa yoluxub sağalanları sonradan test etdikdə virusun təkrar aşkar olunması hallarına rast gəlinir.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev bildirib ki, qanda anticisimlərin olmasına baxmayaraq, yenidən koronavirusa yoluxma ehtimalı var: “Öz təcrübəmizdə müşahidə etmişik ki, daha öncə yayda yoluxan insanlarda yenidən eyni əlamətlər qeydə alınır. Bəlkə də bir müddətdən sonra belə hallarla daha da sıx rastlaşacağıq. Koronavirusa yoluxub sağalan insanların qanında anticisimlər yaranır. Həmin anticisimlər həm xəstəliyin keçirilib-keçirilmədiyini dəqiq göstərir, həm də bu xəstəliyə qarşı qoruyuculuqda əhəmiyyət kəsb edir. Zamanla anticisimlərin miqdarı azalır və nəticədə virusa yoluxanlarla təmas yenidən yoluxmaya səbəb olur. Bu baxımdan qandakı anticisimlərin miqdarı çox önəmlidir. Bu, sadəcə, kəmiyyət deyil, keyfiyyət cəhətdən də əhəmiyyət daşıyır. Qanda anticisimlərin olmasına baxmayaraq, yenidən virusa yoluxma ehtimalı var. Belə ki, bu, insanın immun sistemi ilə əlaqədar olan bir məsələdir. Qripi təkrar olaraq keçirə biliriksə, koronavirusda da qoruyuculuq yaranmadığına görə təkrar yoluxma mümkündür. Təkrar yoluxma zamanı onu yüngül və ya ağır keçirmək yenidən yoluxma zamanı alınan virusun yükündən asılıdır. Hətta təkrar yoluxma zamanı xəstəliyi birinci dəfə olduğu kimi keçirmək mümkündür. Bu, insanın immun sistemindən və təmasda olduğu infeksiyadan, yəni virusun yükündən asılıdır”.
Həkim-infeksionist bildirib ki, koronavirusun ən azı yaz aylarına qədər davam edəcəyi dəqiqdir. Çünki kütləvi olaraq immunitet qazanılmadığı müddətdə bu virusun davam edəcəyi şübhəsizdir. Onun təkrar yoluxmasını da nəzərə alsaq, nə zaman bitəcəyini əvvəlcədən demək çox çətindir. Lakin koronavirus kütləvi peyvəndlə və ya gələcəkdə onun vilurentliyinin azaldılması, virus mutasiyaya uğrayıb daha yüngül formada keçirildikdən, mortallığı, yəni ölümcüllüyü minimuma endikdən sonra onu sonlandırmağa nail ola bilərik. Lakin virus hələ uzun müddət yoluxdurmağa davam edəcək.
“Hazırda virusa yoluxmamağın yeganə yolu tibbi maskadan düzgün istifadə etmək, kütləvi tədbirlərə zəruri deyilsə, ümumiyyətlə, qatılmamaq, gigiyena qaydalarına əməl etməkdir. Burada da həmrəylik göstərmək lazımdır. Dövlət tərəfindən atılan addımlarla yanaşı, vətəndaş həmrəyliyi də lazımdır. İctimai qınaq da olmalıdır, ətrafımızda maska taxmayan və ondan düzgün istifadə etməyənlərə öz iradımızı bildirməliyik. Əgər həmrəylik göstərməsək, qoyulan qayda-qanunlara əməl etməsək, o zaman virusun yayılma sürəti daha da arta bilər. Tendensiya yüksəlməyə doğru gedir. Baxmayaraq ki, maskadan istifadə tələbi daha da ciddiləşdirildi, düşünürəm ki, virusa yoluxma halları daha da artacaq. Elə bir insan yoxdur ki, onun qohumları arasında koronavirusa yoluxan olmasın. Bəlkə də yoluxan olsa belə xəstəliyi yüngül formada keçirdiyinə görə COVID-19-a adi yanaşanlar var. Bu qədər yoluxma halı ölkənin səhiyyəsinə də çox böyük zərbə vurur. Baxmayaraq ki, yeni xəstəxanalar açılır, həkimlər ora mobilizə olur, ancaq gələcəkdə bu yükün altından çıxmaq çox çətin ola bilər. Ona görə də vətəndaşlar qoyulan qayda-qanunlara ciddi əməl etməlidirlər. Bildirmək istəyirəm ki, ağır xəstələr arasında vaxtilə qaydalara etinasız yanaşanlar da az deyil”, - deyə V.Əliyev qeyd edib.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxAnalitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20

