Yurdumuzun hər yerində bayrağımızı dalğalandırmaq amalı ilə döyüşən şabranlı gizir
17.12.2020 [09:37]
Onların amalı Vətəni yağı düşməndən azad etmək, yurdumuzun hər yerində üçrəngli bayrağımızı dalğalandırmaq idi. Gizir Mirbala Rəsulov kimi igidlər canları bahasına olsa belə bu məqsədə çatdılar. “Vətən uğrunda” medalı ilə təltif olunan şabranlı döyüşçü xoş xatirələrini və iki körpə qız övladını əmanət qoyaraq şəhidlik zirvəsinə ucaldı.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mirbala Rəsulov 1989-cu ildə Şabranın Rəhimli kəndində doğulub. Əsgərlikdən qayıtdıqdan sonra Xüsusi Təyinatlı Qüvvələrdə çalışmağa başlayıb. 10 ilə yaxındır xidmətdə olan gizir Vətən müharibəsinin ilk günündən qızğın döyüşlərə atılıb.
Şəhidin atası Əmirağa Rəsulov bildirir ki, Mirbala evin tək oğlu olsa da, tərəddüd etmədən hərbçi olmağa qərar verib.
“Beş il idi ailə qurmuşdu. Ailə qurmasının beşinci ildönümü günü - sentyabrın 27-də döyüşlərə başlayıb. Bir neçə gün ona zəng çatmadı. Elbrus adlı iş yoldaşı ilə danışdım. Məni arxayın elədi ki, hər şey yaxşıdır. Amma sən demə mənimlə danışanda Elbrus özü ağır yaralı halda hospitaldan danışırmış. Sonra Mirbalanın özü ilə də danışdıq. Deyir hər şey yaxşıdır, sakitçilikdir. Amma müharibənin şiddətləndiyini mən hər gün televizorda görürdüm. Axırıncı dəfə oktyabrın 4-də telefonla əlaqə saxladıq. Anası, həyat yoldaşı və uşaqları ilə xeyli danışdı. Bir gün sonra da şəhid olub. Mən oğlumla fəxr edirəm, o, Vətən uğrunda şəhidlik zirvəsinə ucalıb”, - deyə şəhidin atası söyləyib.
Mirbala Rəsulov Cəbrayıl, Füzuli və Zəngilan şəhərlərində üçrəngli bayrağımızı dalğalandıran qəhrəmanlardan biridir. Oktyabrın 5-də yaralı yoldaşlarını döyüş meydanından çıxararkən snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub.
Anası Xədicə Rəsulovaya oğlunun döyüşlərdə olması barədə xəbər verməyiblər: “Mənə deməyiblər müharibədə olmasını. Qonşular soruşanda da demişəm ki, Mirbala döyüşlərdə deyil. Bir də onda xəbər tutdum ki, evdən gəlib şəkilini istədilər. Səbəbini soruşanda dedilər şəhid olub. Mənim qəhrəman balam... Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Mirbala Rəsulov Aprel döyüşlərinin də iştirakçısı olub. Xidmətdə fərqləndiyinə görə medallarla təltif edilib. Həyatının ən böyük mükafatları isə körpə qızları idi. Dörd yaşlı Mədinə və iki yaşlı Zəhra hələ də ataların işdən qayıdacağını gözləyirlər.
“Yoldaşımı son dəfə sentyabrın 26-da evdən yola saldıq. Döyüşə getdiyini demədi bizə. Həmişəki kimi təlimə getdiyini söylədi. Mənə zəng edəndə hər şey yaxşıdır deyirdi. Özümə, uşaqlara yaxşı baxmağımı tapşırırdı. Yoldaşım fəxr ediləsi, çox qayğıkeş insan idi. İşini çox sevirdi. Ailəsinə, uşaqlarına, valideynlərinə, bacısına həddindən artıq diqqət göstərirdi. Bir çox arzuları yarımçıq qaldı. Vətən yolunda şəhid oldu. Onunla fəxr edirik”, - deyə həyat yoldaşı Fərqanə Rəsulova bildirib.
Gizir Mirbala Rəsulov oktyabrın 6-da Şabran rayonunun Rəhimli kənd qəbiristanlığında dəfn olunub.
Qəhrəman gizir Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Xəbər lenti
Hamısına baxDünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
İqtisadiyyat
06 Avqust 13:31
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19

