Milli mətbuatımızın müasir çağırışlara cavab verməsi üçün davamlı addımlar atılır
15.01.2021 [09:17]
Ekspertlərin fikrincə, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin yaradılması media sahəsində qarşıdakı dövr üçün nəzərdə tutulan hədəflərin gerçəkləşməsində stimulverici amil olacaq
Ölkəmizdə bütün sahələr üzrə aparılan davamlı islahatlar çoxşaxəli inkişafımızı təmin etməklə yanaşı, demokratik prinsiplərə sadiqliyi də özündə əks etdirir. Bu mənada, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı mühüm əhəmiyyətə malikdir. Qeyd edək ki, Fərmana əsasən, Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.
Məsələ ilə bağlı fikirlərini bölüşən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyev hər zaman mətbuatın inkişafını öz diqqətində saxlayıb və müasir cəmiyyət quruculuğu prosesindəki rolunu nəzərə alaraq mütəmadi olaraq bu sahənin təkmilləşdirilməsi istiqamətində əsaslı addımlar atıb. Yeni texnologiyaların inkişaf etdiyi müasir dövrdə də bu təkmilləşmə öz aktuallığını qorumaqdadır. V.Rəhimzadə onu da vurğulayıb ki, bu mənada, dövlət başçısının 12 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının əhəmiyyəti xüsusi vurğulanmalıdır: “İmzalanan Fərmana uyğun olaraq “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin yaradılması media sahəsində qarşıdakı dövr üçün nəzərdə tutulan hədəflərin gerçəkləşməsində stimulverici amil olacaq. Birmənalı qeyd etmək olar ki, bu addım Azərbaycan mətbuatının inkişafında yeni mərhələnin başlanğıcıdır. Çünki yeni texnologiyaların inkişafı və tətbiqi sahəsinin genişləndirilməsi mətbuatın da bu imkanlardan bəhrələnməsinə yol açır. Bu diqqət və qayğı öz növbəsində, jurnalist məsuliyyəti və peşəkarlığı məsələsini daha da aktuallaşdırır. Bu baxımdan, internet resurslarının sürətlə inkişaf etdiyi müasir dövrdə qarşıda dayanan əsas vəzifələrdən biri məlumatın obyektivliyinin, qərəzsizliyinin qorunmasıdır”.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə qeyd edib ki, yeni yaranan agentliyin “online” media, agentliklər, adi vizual media, jurnalistlərin xaricdə təhsil alması və hansısa qanunun pozulması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət kimi genişləndirilmiş səlahiyyətləri mövcuddur: “Yeni agentliyin yaranmasını çox yüksək qiymətləndiririk. Bu, Azərbaycan Prezidentinin mediaya diqqətinin növbəti bir sübutudur. Son dövrlərdə informasiya texnologiyası və kommunikasiyalarının inkişafı, bunların medianın qarşısına yeni tələblər qoyması və medianın yeni formalarının yaranması ilə bağlı müzakirələr aparılırdı. Yeni qurum mətbuatın inkişafının dərinləşdirilməsi ilə yanaşı, daha geniş spektri əhatə edəcək. Eyni zamanda, media haqqında qanunun iki ay ərzində hazırlanması nəzərdə tutulur. Hesab edirəm ki, ölkədə gedən sürətli inkişaf prosesi mediaya da şamil olunur. Media bu işlərdən kənarda qalmamalıdır, müasir çağırışlara cavab verməli və proseslərlə ayaqlaşmalıdır”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07

